vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 28 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Okeanlar “qaralır” 18:55 | 27 may 2025 | Çərşənbə axşamı Məqaləyə 84 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Okeanlar “qaralır”

Dəniz ekosistemi təhlükə altındadır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olub ki, okeanlarda həyatın davam etməsi üçün zəruri olan işığın keçə bildiyi ərazi daralır və okeanlar qaranlığa qərq olur. Bunun bütün planet üçün fəsadları ola bilər.

Aparılan araşdırma nəticəsində məlum olub ki, son 20 ildə okeanlar qaralmağa başlayıb. Tədqiqatçılar bu tendensiyanın bütün dünyada dəniz həyatına böyük təsir göstərəcəyindən narahatdırlar.

“The Guardian” qəzetinə görə, peyk məlumatları və ədədi modelləşdirmə 2003-2022-ci illər arasında okeanların beşdə birindən çoxunun “qaranlıq” olduğunu göstərib. Bu o deməkdir ki, həyatın yaşaması üçün günəş işığı və ay işığının zəruri olduğu su qovşağında azalma var. Bu təsir 75 milyon kvadrat kilometr okeanda müşahidə edilə bilər. Bu, Avropa, Afrika, Çin və Şimali Amerikanın ümumi torpaq sahəsinə bərabər bir sahə deməkdir. Qaranlıq həmçinin dəniz həyatının 90 faizinin yaşadığı suların yuxarı qatını “narahat edir”.

***

Plimut Universitetinin dəniz mühafizəsi üzrə eksperti Dr. Thomas Davies, tədqiqat nəticələrinin narahatlığa əsl səbəb olduğunu vurğuladı. Davies, bunun dəniz ekosistemləri, qlobal balıqçılıq və okeanlardakı kritik karbon və qida maddələri dövriyyəsi üçün ciddi nəticələrə səbəb ola biləcəyini söylədi.

Dəniz həyatının böyük əksəriyyəti okeanların “fotik” ərazilərində inkişaf edir. Səthdəki bu təbəqələr orqanizmlərin istifadə etməsi üçün kifayət qədər işığın keçməsinə imkan verir. Günəş işığı dalğalardan kənarda 1 kilometr dərinliyə çata bilsə də, praktikada bu rəqəm 200 metr civarındadır.

Su obyektlərinin yuxarı hissəsi də fitoplankton kimi tanınan bitkiyə bənzər orqanizmlərin fotosintez apardığı yerdir. Bu orqanizmlər demək olar ki, hər bir dəniz qida şəbəkəsinin əsasını təşkil edir və planetin oksigeninin təxminən yarısını istehsal edir. Bir çox balıq, dəniz məməliləri və digər canlılar qidanın daha çox olduğu “fotik” zonaların isti sularında ovlaya, qidalana və çoxala bilirlər.

Davis və onun həmkarları peyk məlumatlarından və suda işığı ölçən alqoritmdən fotik zonaların dərinliyini hesablamaq üçün istifadə etdilər. Tədqiqatlar 2022-ci ilə qədər 20 illik dövrdə "qaralmanın" okeanlara 21 faiz təsir etdiyini ortaya qoydu. Bu, okeanların 9 faizində fotik zonaların 50 metr dərinləşməsinə səbəb oldu. Okeanların 2,6 faizində bu məsafə 100 metr səviyyəsində olub.

***

İşıq suya nüfuz etməkdə çətinlik çəkəndə okeanlar da qaralır. Qida maddələri ilə zəngin sular sahil xətləri boyunca səthə qalxdıqca yağış suları qida maddələrini və çöküntüləri qurudan suya aparır. Qlobal istiləşmə və okean axınlarında dəyişikliklərin rol oynadığı düşünülsə də, dənizdən daha uzaq suların niyə qaranlıq olduğu aydın deyil.

Digər tərəfdən, eyni araşdırmanın nəticələrinə görə, planetdəki okeanlar ümumilikdə “qaralmağa” getsə də, son 20 ildə okeanların təxminən 10 faizi daha parlaq olub. İrlandiyanın qərb sahillərində okeanın çox böyük bir sahəsinin işıqlandırıldığı, daha uzaqlarda isə qaralmanın olduğu bildirildi.