
Nüvə tullantıları okeana atılıb
Atlantikdə 1000-dən çox çəllək tapılıb
Atlantikdə 1000-dən çox çəllək tapılıb
Qaz sentrifuqaları və İranın nüvə proqramına qısa baxış
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
İran zənginləşdirilmiş uran ehtiyatını artırır
Rusiyanın nüvə silahı layihələri, infrastrukturu, məxfi baza yerləri üzə çıxdı
Enerji təhlükəsizliyi prioritetdir
“İranın hazırda 13 mindən çox qabaqcıl sentrifuqayası var”
Dəqiqlik ehtimalı bəzən 37, bəzənsə 16 faiz olur
Kardiostimulyator istifadə edən insanlara həyat verən icad, barmaq boyda cihazlara da yerləşdirilə bilər
Nüvə tullantılarının saxlanılması üçün obyekt yaradılır
Əriməyə davamlı elektrik stansiyası nüvə yanacağı tullantılarını təkrar emal edir
İki ölkə arasında əməkdaşlıq mərhələ adlayıb
Nüvə fizikasında təməlqoyma addımı
İran nüvə texnologiyasını qeyri-qanuni yolla əldə edib
Şolz: “İndi İran razılaşması üçün “həqiqət anı”dır”
Əvvəllər nüvə tullantıları “gözdən uzaq, ağıldan kənar” yanaşması ilə dənizə atılırdı. Tədqiqatçılar indiyədək Şimal-Şərqi Atlantikada 1800-dən çox radioaktiv tullantı çəlləkləri aşkar ediblər. Bu çəlləklər 1950-1980-ci illər arasında İngiltərə, Belçika, Hollandiya, İsveçrə və Almaniya kimi Avropa ölkələri tərəfindən okeana atılıb. Bu, nüvə sənayesi və tədqiqat laboratoriyalarının tullantılarından qurtulmağın ən ucuz və asan yolu idi.
Nüvə tullantılarının okeana atılması 1993-cü ildə qadağan edilmişdi. Lakin o vaxta qədər təkcə Şimal-Şərqi Atlantikaya təxminən 200 min barel atılmışdı. Bu çəlləklər 3000-5000 metr dərinliklərdədir.
Avropalı elm adamları “L'Atalante” tədqiqat gəmisi ilə Fransanın La Roşel sahilindən min kilometr qərbdə yerləşən Qərbi Avropa xəndəyinə tullantıların təxminən yarısının yığıldığı güman edilən əraziyə çatıblar. Komanda NODSSUM (Nüvə Okeanlarının Anbar Sahələrinin Monitorinqi Tədqiqatı) adlı layihə çərçivəsində okeanın dibində tullantıların monitorinqini aparır.
21 nəfərlik beynəlxalq komanda çəlləklərin tapıldığı bütün yerlərin müfəssəl xəritəsini yaratmağı hədəfləyir, çünki bu nüvə tullantılarının dənizin altında harada və hansı vəziyyətdə olması barədə hələ də çox az məlumat var.
Almaniyanın Bremerhaven şəhərindəki Thünen Balıqçılıq Ekologiyası İnstitutundan Pedro Noqeyra bildirib ki, “Bir çox hallarda çəlləklərin vəziyyəti və yeri məlum deyil. Tullantıların növü və mənbəyi haqqında məlumatlar yoxdur və ya əldə etmək çətindir”. Noqeyranın sözlərinə görə, çəlləklərdə çirklənmiş laboratoriya avadanlıqları, qoruyucu geyimlər, tibbi və sənaye tullantıları, nüvə reaktorunun qalıqları var.
Çox vaxt bu, aşağı və orta səviyyəli radioaktiv tullantılardır. Lakin bəzi maddələr ciddi risklər yaradır: məsələn, sümük şişlərinə və leykemiyaya səbəb ola bilən “Stronsium-90” və ya Çernobıl faciəsi zamanı da buraxılan “Sezium-137”. Hətta bu gün də bəzi Avropa bölgələrində, xüsusən Almaniyanın Bavariya əyalətində vəhşi göbələklər və vəhşi heyvan əti hələ də yüksək dərəcədə çirklənib.
Atlantik okeanına atılan tullantılar arasında “Plutonium-239” da var. Bu maddə plutoniumun ən çox istehsal edilən izotopudur və 24.000 ildən çox qala bilir.
Fransadakı “Clermont Auvergne” Laboratoriyasının başqa bir atom fiziki Patrik Şardon uzun müddətdir ki, çəlləklərdən radioaktivliyin sızdığını təxmin edir. Şardonun sözlərinə görə, çəlləklər dərinliyin təzyiqinə tab gətirmək üçün nəzərdə tutulub. Lakin bu, onların içindəki radiasiyanı tamamilə təcrid etmək üçün kifayət deyil.
Pedro Noqeyra da, “Biz bilirik ki, bəzi çəlləklər paslanır və köhnə zibilliklərin ətrafındakı dərin dəniz çöküntülərində və orqanizmlərdə az miqdarda radioaktivlik aşkar edilib”, – deyib.
Bununla belə, mövcud məlumatlara görə, bu radiasiyanın sahilyanı ərazilər və ya insan sağlamlığı üçün çox az risk təşkil etdiyi düşünülür. Balıq və dəniz məhsullarında radiasiya da qanuni limitlərdən xeyli aşağıdır.
Patrik Şardon hesab edir ki, Şimali Atlantikada nüvə tullantılarının əksəriyyətində radioaktivlik təxminən 300-400 il ərzində yox olacaq. Tullantıların təxminən 2 faizi üçün bu müddət daha uzundur.
Minlərlə metr duzlu suyun altında olan bu nüvə tullantı çəlləklərinin çıxarılması texnoloji cəhətdən demək olar ki, mümkün deyil. Pedro Noqeyraya görə, belə bir cəhd ekoloji riski daha da artıracaq.
Bu səbəbdən də tədqiqatçılar vurğulayırlar ki, dənizlərdə nüvə tullantıları daim izlənilməlidir ki, mümkün dəyişikliklər vaxtında aşkar olunsun və lazımi tədbirlər görülə bilsin.
“L'Atalante”” gəmisindəki komanda dörd həftəni bölgədə keçirməyi planlaşdırır. Məqsəd təkcə çəlləklərin yerini və vəziyyətini sənədləşdirmək deyil, həm də su, torpaq və canlılardan nümunələr toplayaraq bu nüvə tullantılarının dəniz ekosisteminə təsirini anlamaqdır. Komanda ümumi sahəsi 200 kvadrat kilometrə yaxın əraziyə baxış keçirməyi planlaşdırır.