Vladiqafqazda güclü partlayış
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
17:52 | 29 may 2025 | Cümə axşamı
Məqaləyə 263 dəfə baxılıb
Şriftin ölçüsü
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Danimarkalı və alman jurnalistlərin üzə çıxardığı sənədlərə görə, Rusiyanın ən qabaqcıl nüvə bazalarının müfəssəl planlarını, təhlükəsizlik sistemlərini və yeraltı infrastrukturunu özündə əks etdirən məxfi sənədlər açıqlanıb. Mütəxəssislər bu sızıntının kəşfiyyat dünyası üçün görünməmiş bir hadisə olduğunu bildiriblər.
Danimarkanın araşdırmaçı jurnalistika təşkilatı “Danwatch” və Almaniyanın “Der Spiegel” jurnalı ictimaiyyətə açıq olan tender məlumat bazasında 2 milyondan çox sənədi araşdıraraq Rusiyanın strateji nüvə obyektləri haqqında məxfi məlumatları əldə edib. Əldə edilən sənədlər Rusiyanın son illərdə nüvə infrastrukturunu modernləşdirmək və genişləndirmək səylərini üzə çıxarıb.
***
Sözügedən sənədlər arasında Orenburq vilayətinin Yasnı şəhəri yaxınlığında yerləşən Strateji Raket Qüvvələrinə məxsus bazaların müfəssəl planları var. Bu bazalarda Rusiyanın ən qabaqcıl nüvə nəqliyyat sistemlərindən biri hesab edilən hipersəsli “Avangard” raket sistemləri də yerləşdirilib.
Amerika Alimlər Federasiyasının Nüvə İnformasiya Layihəsinin direktoru Hans M. Kristensen əldə edilən sənədlərin əhəmiyyətinə diqqət çəkərək, “İndiyə qədər bu bazaları ancaq peyk fotoşəkilləri ilə izləyə bilirdik. Lakin bu müfəssəl planlar sayəsində biz bütün infrastrukturu, o cümlədən binaların daxili hissələrini, ilkin olaraq sökülməmiş strukturları görə bilirik”, – deyib.
***
Sənədlərə son on ildə tikilmiş yüzlərlə yeni kazarma, idarəetmə mərkəzləri, gözətçi qüllələri və yeraltı tunellərin texniki təsvirləri daxildir. Bundan əlavə, təhlükəsizlik sistemlərinin sxemləri, elektrik infrastrukturu, informasiya texnologiyaları şəbəkələri, siqnalizasiya sistemləri və sensor yerləri kimi yüksək həssas məlumatlar da açıqlanıb.
Sızdırılan sənədlərdə təkcə texniki məlumatlar deyil, həm də hərbi obyektlərdə həyatı əks etdirən detallar var. Bunlara divarlara yazılmış xəbərdarlıq lövhələri (“Dayan! Geriyə dön! Gediş-gəliş qadağandır!”), əsgərlər üçün hazırlanmış idman ləvazimatları, hətta şahmat və dama kimi stolüstü oyunlar daxildir. Daha əvvəl İngiltərə ordusunda kəşfiyyatçı vəzifəsini yerinə yetirən Filip İnqram bu məlumatların kəşfiyyat dünyasındakı əhəmiyyətini bu sözlərlə izah edib: "Bu tip məlumatlar kəşfiyyat üçün son dərəcə dəyərlidir. Elektrik və su sistemlərinin necə işlədiyini bilmək obyektin zəif tərəflərini müəyyən etmək üçün vacibdir”.
Norveç Müdafiə Komandanlığı və Qərargahı Kollecinin kəşfiyyat üzrə eksperti Tom Rozet Rusiyanın nüvə infrastrukturunun yenilənməsi prosesinin açıqlanmasının Avropa təhlükəsizliyi baxımından əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb: "Avropa təhlükəsizlik siyasəti baxımından əsaslı transformasiyadan keçir. Rusiyanın nüvə silahlarını yeniləməsini görmək bu yeni dövrün reallığını anlamaq üçün çox vacibdir."
Hesabatda bildirilir ki, Rusiya müdafiə tenderlərində məxfiliyi artırmaq üçün yalnız təsdiqlənmiş yerli podratçıların daxil ola biləcəyi qapalı məlumat bazası yaratsa da, bir çox həssas sənədlər səhvən dövlət tenderlərinə əlavə edilib. “Danwatch” və “Der Spiegel” belə sənədlərin 2024-cü ilin ortalarına qədər tender fayllarına əlavə olunmağa davam etdiyini ortaya qoyub.