vaxtlı-vaxtında oxuyun! Cümə, 30 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Kanadada fövqəladə vəziyyət 17:40 | 29 may 2025 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kanadada fövqəladə vəziyyət

Yerli əhali üçün evakuasiya əmrləri

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanadanın Manitoba əyalətində davam edən meşə yanğınları 17 mindən çox insanı təxliyə etməyə məcbur edib. Hakimiyyət orqanları bölgədə fövqəladə vəziyyət elan edib.

***

“CBC News”un məlumatına görə, Manitoba Baş naziri Vab Kinyu mətbuata verdiyi açıqlamada, “Manitoba hökuməti meşə yanğınları ilə əlaqədar bütün ştatda fövqəladə vəziyyət elan edib”, – deyib.

Kinyu, 17 mindən çox insanın təxliyəsi üçün göstəriş verdiklərini və baş nazir Mark Karnidən yanğınlarla mübarizədə hərbi dəstək istədiklərini bildirdi.

***

Əyalətdəki “Manitoba Keewatinowi Okimakanak” təşkilatından verilən yazılı açıqlamada, təxliyə edilənlərin əksəriyyətinin yerli olduğu bildirilib.

Manitoba ştatındakı Uaytşell Vilayət Parkında sürətlə yayılan meşə yanğınları nəticəsində iki nəfər həyatını itirib.

Baş nazir Kinyu Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən qorunan ərazi kimi təsnif edilən Uaytşell Vilayət Parkında fövqəladə vəziyyət elan edib.