vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
Sanksiya siyahısı genişləndi 10:18 | 29 avqust 2025 | Cümə Məqaləyə 178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanksiya siyahısı genişləndi

Kanada Rusiya müdaxiləsinə qarşı hərəkətə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanada sentyabr 28-də keçiriləcək Moldova parlament seçkiləri öncəsi hökuməti qeyri-sabitləşdirməyə çalışdığı iddiası ilə Rusiya ilə əlaqəli şəxs və qurumlara sanksiya tətbiq edib.

Kanada Xarici işlər naziri Anita Anand yazılı açıqlamasında, “Bu gün Kanada, Moldovadakı demokratik yolla seçilmiş hökuməti qeyri-sabitləşdirməyə yönəlmiş koordinasiyalı fəaliyyətlərdə iştirak edən şəxslər və qurumlara qarşı Xüsusi İqtisadi Tədbirlər Qaydası çərçivəsində sanksiya tətbiq etmə qərarı alıb”, – deyib.

Anand əlavə edib ki, bu tədbirlər Rusiya bağlantılı aktorların sentyabr 28-də keçiriləcək Moldova parlament seçkilərinə artan müdaxilə cəhdlərinə qarşı görülüb.

Kanadanın Moldova demokratiyasını dəstəkləmə qərarlılığına diqqət çəkən Nazir Anand vurğulayıb ki, “Beynəlxalq ictimaiyyəti Moldovanın sabitliyini pozmağa çalışanların hesab verməyə çağırıram”.

Eyni zamanda sanksiyalar Rusiya tərəfdarı siyasətçi və iş insanı İlan Şor (Ilan Shor) ilə əlaqəli 16 şəxsi Şor Partiyasının bəzi rəhbər və tərəfdarlarını, həmçinin bəzi keçmiş Moldova rəsmilərini və Rusiya tərəfdarı media nümayəndələrini əhatə edir.