ABŞ–Kuba gərginliyi artır
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
08:07 | 11 iyul 2025 | Cümə
Məqaləyə 303 dəfə baxılıb
Şriftin ölçüsü
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Kanadadan gətirilən məhsullara sektorial tariflərdən əlavə olaraq 35 faizlik gömrük vergisi tətbiq olunacağını açıqlayıb.
Tramp bu barədə “Truth Social” sosial media hesabında paylaşım edərək Kanadaya ünvanladığı rəsmi məktubu ictimaiyyətə təqdim edib.
O bildirib ki, bu məktub Kanadanın ABŞ-a qarşı cavab addımlarına baxmayaraq, hələ də bu ölkə ilə əməkdaşlıq etməyə hazır olduqlarının göstəricisidir. Tramp əlavə edib ki, Kanadaya qarşı tariflərin tətbiqinin əsas səbəbi fentanil böhranı ilə mübarizədir.
“Kanada, bizimlə əməkdaşlıq etmək əvəzinə qarşılıq verməyi seçdi”, – deyə Tramp bildirib. – “Buna görə 1 avqustdan etibarən Kanadadan ABŞ-a göndərilən məhsullara ümumi sektorial tariflərdən ayrı şəkildə 35 faizlik gömrük vergisi tətbiq ediləcək”.
Tramp vurğulayıb ki, başqa ölkələr üzərindən Kanadadan malların ötürülməsi halında həmin məhsullar daha yüksək tariflərlə cəzalandırılacaq.
Prezident qeyd edib ki, Kanadalı şirkətlər ABŞ ərazisində istehsal həyata keçirsələr, bu zaman gömrük rüsumundan azad olunacaqlar və belə layihələr üçün təsdiqləmə prosedurları da sürətləndiriləcək.
“Əgər Kanada, istənilən səbəbdən, bizim mallarımıza qarşı gömrük rüsumlarını artırmaq qərarı versə, bu artım avtomatik olaraq ABŞ-ın tətbiq etdiyi 35 faiz tarifə əlavə olunacaq”.
O həmçinin vurğulayıb ki, fentanil axını iki ölkə arasında yaşanan tək problem deyil. Tramp Kanadanı bazar maneələri və qeyri-tarif tənzimləmələri ilə ABŞ-ın davamlı ticarət kəsiri verməsinə səbəb olmaqda ittiham edib: “Ticarət kəsiri, iqtisadiyyatımız və hətta milli təhlükəsizliyimiz üçün böyük təhdiddir. Əgər Kanada fentanil axınını durdurmaq üçün mənimlə əməkdaşlıq edərsə, bəlkə bu tarif məktubunda dəyişiklik etməyi nəzərdən keçirə bilərik. Tariflər qarşılıqlı münasibətlərimizin səviyyəsinə görə artırıla və ya azaldıla bilər”.