Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:59 | 11 iyul 2025 | Cümə
Məqaləyə 304 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Trampın yeni açıqladığı 50 faizlik tarif qərarları, qlobal maliyyə bazarlarında ciddi sarsıntılara səbəb olub.
Trampın göndərdiyi rəsmi məktubun ardından Braziliya aktivlərində kəskin satış dalğası yaşanıb. Braziliya realı ABŞ dollarına qarşı təxminən 3% ucuzlaşıb, iShares MSCI Brazil ETF-i isə təxminən 2% dəyər itirib.
Eyni zamanda, Trampın mis idxalına tətbiq ediləcək tarifləri təsdiqləməsi, metal bazarlarında da öz əksini tapıb. Londonda Metal Birjasında (LME) mis fyuçersləri 0,4% artaraq ton başına 9.664,50 dollara yüksəlib. Comex birjasında isə artım daha da kəskin olub – təxminən 3%.
Tariflərlə bağlı narahatlıqlar səbəbindən ABŞ indeks fyuçersləri bu səhər Bakı vaxtı ilə saat 07:49-da təxminən 0,2% geriləyib, Bloomberg Dollar İndeksi isə yüngül mənfi zonada ticarət olunur. Dünən Wall Street-də texnologiya səhmləri yüksəldiyi üçün bazar qismən bərpa olunmuşdu.
S&P 500 indeksi tarife dair narahatlıqlara baxmayaraq rekord səviyyəyə çox yaxın ticarət görüb. Nvidia səhmləri qısa müddətlik 4 trilyon dollar dəyərə çatıb. CNN-in "Qorxu və Tamah" İndeksi hazırda “aşırı tamah” səviyyəsini göstərir — bu, bazarın yüksəliş meyilinə işarədir.
Eyni zamanda, ABŞ-da keçirilən 39 milyard dollarlıq 10 illik istiqraz hərracına güclü tələb qeydə alınıb. Bu hadisə, artan büdcə kəsirinin maliyyələşdirilməsinə dair narahatlıqları qismən azaldıb. ABŞ istiqrazları beş günlük ardıcıl enişdən sonra dəyər qazanıb, 10 illik faizlər 6 baza bəndi azalaraq 4,34%-ə enib.
Bu səhər Asiya birjalarında isə mənzərə qarışıqdır:
Yaponiyada 20 illik istiqraz hərracına tələb 12 aylıq orta göstəricidən (3,29) aşağı olub.
Nikkei 225 indeksi 0,61% ucuzlaşıb,
Çin CSI 300 0,30% yüksəlib,
Honq Konq Hang Seng isə sabit seyr edib.
Bitcoin də risk iştahının artması fonunda çarşənbə günü toxunduğu rekord səviyyəyə yaxın ticarət olunur.