... Aİ, yoxsa Aİİ?
Ermənistanda qutudan kim çıxacaq ...
00:40 | 11 iyul 2025 | Cümə
Məqaləyə 278 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Ermənistan ilə Azərbaycan sülh müqaviləsinin bir addımlığındadır. Abu Dabi görüşü ərəfəsində və sonrasında verilən müsbət mesajlar şifahi razılaşmaların əldə olunduğunu göstərir. Geriyə qalır, razılaşmaların rəsmiləşdirilməsi.
Onu deyim ki, imzalanacaq sazişlər, protokollar, bir neçə səhifəlik sənədlər sülhün əsas qarantiyası ola bilməz. Həqiqi sülh kağız üzərində yox, düşüncədə, təfəkkürdə bərqərar olmalıdır. Bu baxımdan, Paşinyanın son həftələrdə verdiyi açıqlamalar olduqca həyəcanvericidir. Belə ki, Paşinyan 19 iyunda parlamentdəki çıxışında özünün 2018-ci ildən bəri “forpost baş naziri”ndən “Ermənistan Respublikasının baş naziri”nə təkamülündən danışdı. Paşinyan dedi ki, Ermənistan dövləti böyük güclərin böyük oyunlarının alətinə çevrilməkdənsə, suveren dövlət kimi öz maraqlarına uyğun siyasət yürütməlidir.
Məlum olduğu kimi, Ermənistan dövlətinin mövcudluğu tarixən “Rusiyanın forpostu” funksiyasına əsaslanırdı. Erməni dövlətinin mövcudluğunun əsas məqsədi Türk dünyasının birləşməsinin qarşısının alınması, həmçinin Türkiyə və NATO-nun Xəzər dənizinə və Mərkəzi Asiyaya çıxışına əngəl törədilməsidir. Rusiya qoşunları da məhz bu “məqsədləri” təmin etmək üçün Ermənistanda yerləşdirilib.
Parlamentdəki çıxışından bir gün sonra, 20 iyunda Türkiyəyə tarixi səfər edən Paşinyan İstanbuldakı erməni icması ilə keçirdiyi görüşdə Türk birliyi, yəni “Turan” barədə açıq danışaraq dedi ki, Ermənistan “Turan” ideyasından qorxmamalıdır, əksinə bunun üçün öz ərazisindən keçid verməyə hazır olmalıdır. “Bulağın başında əjdaha yatsa belə, biz də su içə biləriksə, içməliyik” deyən Paşinyan, erməni dövlətinin “forpost”dan “körpü”yə, yəni maneədən keçidə çevrilməyə hazır olmalı olduğunu dilə gətirdi.
Təbii ki, Paşinyanın bu fikirləri geosiyasi proseslərin düzgün analizinə əsaslanır: Rusiyanın zəifləməsi, Qərbin Mərkəzi Asiyaya marağının artması, Türk Dövlətləri Təşkilatının sürətli inteqrasiyası və ən önəmlisi Gürcüstanın qeyri-stabil dövrə girməsi Ermənistan üçün “regional körpü” fürsəti yaradır. Ermənistan Gürcüstana alternativ olaraq, Türk birliyi üçün daha qısa və ən əsası, Rusiya sərhədindən daha uzaqda əlverişli bir körpü rolunu oynaya bilər.
Məncə, erməni dövlətinin “Türk birliyi” layihəsindən qazana biləcəyini düşünməsi və bunun ən ali səviyyədə dilə gətirilməsi region üçün inqilabi dəyişiklikdir və həqiqi sülh məhz bu düşüncə üzərində qurula bilər.