Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
17:40 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 224 dəfə baxılıb
Şriftin ölçüsü
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Kanada Rusiya müdaxiləsinə qarşı hərəkətə keçdi
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Kanada ABŞ mallarına tətbiq edilən bir sıra cavab rüsumlarını ləğv edəcək
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Donald Trampın ilhaq və tariflərlə bağlı təhdidləri ilə üzləşən kanadalılar ABŞ istehsalı məhsulları almaqla yanaşı, tətillərini cənub qonşularında keçirməkdən imtina edirlər.
“The Wall Street Journal” (WSJ) yazır ki, kanadalılar ABŞ-a səfərlərini 10 faiz azaltsalar belə, ABŞ iqtisadiyyatı 14 min iş yeri və 2 milyard dollar itirə bilər.
Ən çox xarici turistlər ABŞ-a şimal qonşusundan gəlir. 2024-cü ildə Kanadadan ABŞ-a 20,2 milyon ziyarət qeydə alınıb.
Trampın siyasətindən sonra kanadalılar Meksika, Karib dənizi və İspaniya kimi yeni turist marşrutları müəyyənləşdirərək başqa istiqamətlərə də yönəlirlər.
2024 və 2025-ci ilin fevral ayları ilə müqayisədə Kanadadan ABŞ-a uçuşların sayı 13 faiz azalıb.
ABŞ-dan avtomobil yolu ilə Kanadaya qayıdan vətəndaşlarının sayında da 23 faiz azalma var.
“WSJ”, kanadalıların ilhaq elanlarına ticarət müharibəsini başladan tariflərdən daha çox reaksiya verdiyini vurğulayır.
Qeyd olunur ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli kimi məmurlar “Kanadalılar bizim qiymətli 51-ci ştatımız olub, ABŞ vətəndaşlığını qazandıqdan sonra beynəlxalq səyahətlərin çətinliklərindən narahat olmayacaqlar”, – çıxışlar ediblər.
34 yaşlı proqram tərtibatçısı Kreyq Trulib və 40 yaşlı incəsənət müəllimi Krunal Patel ABŞ qəzetinə Trampın təhdidlərindən sonra qohumları ilə tətil planlarını ləğv etdiklərini bildiriblər.
ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə rüsum martın 4-dən başlayıb.
Tramp daha sonra aprelin 2-dək “ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA)” çərçivəsində olan məhsullara tarif tətbiq etməyəcəklərini açıqlayıb.
Trampın polad və alüminium idxalına tətbiq etdiyi əlavə tariflər də martın 12-dən qüvvəyə minib.
Kanada hökuməti həmçinin ABŞ-ın polad və alüminium tariflərinə cavab olaraq ölkədən idxal edilən 29,8 milyard Kanada dolları (təxminən 35.5 milyard manat) dəyərində məhsula 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Digər tərəfdən, həftə sonu BBC-yə müsahibə verən Kanada Xarici işlər naziri Melani Coli, ABŞ-ın ən böyük müştərisi olduqlarını və bu səbəbdən tariflərlə başlayan ticarət müharibəsini qazanacaqlarına inandıqlarını ifadə edib: “Biz Amerikadan Çin, Yaponiya, İngiltərə və Fransanın hamısının cəmindən daha çox şey alırıq. Nəhayət, düşünürük ki, amerikalılar bu müharibədə qalib gəlməkdə bizə kömək edəcəklər. Çünki onlar öz qanunvericilərinə mesaj göndərə bilərlər”.