vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
Kanada geri çəkildi 07:07 | 30 iyun 2025 | Bazar ertəsi Məqaləyə 151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kanada geri çəkildi

ABŞ-ın texnologiya şirkətlərinə vergi qaldırıldı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanada ABŞ texnologiya şirkətlərini hədəf alan rəqəmsal xidmətlər vergisini geri götürdüyünü açıqladı.

Kanada Maliyyə Nazirliyi bu addımın ABŞ-la ticarət danışıqlarını inkişaf etdirmək üçün atıldığını bildirib.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın ticarət danışıqlarını bitirməsindən bir neçə gün sonra – dünən verilib.

Kanada Maliyyə Nazirliyinin açıqlamasına görə, Kanadanın Baş naziri Mark Karni və Tramp 21 iyul 2025-ci il tarixinədək razılaşma əldə etmək məqsədi ilə ticarət danışıqlarını bərpa edəcəklər.

İyunun 27-də Trump, ABŞ texnologiya şirkətlərini hədəf alan vergi səbəbiylə Kanada ilə ticarət danışıqlarını qəfil dayandırdı və bunu “aydın hücum” olaraq xarakterizə etdi. Tramp gələn həftə Kanada mallarına yeni tariflər tətbiq edəcəyini də açıqlayıb.