vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ASİYA  
Yaponiyada həyəcan siqnalı 16:55 | 27 iyul 2025 | Bazar Məqaləyə 1135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaponiyada həyəcan siqnalı

Nüvə stansiyası üzərində uçan üç naməlum PUA ölkəni ayağa qaldırdı

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyanın cənub-qərbində yerləşən Genkay nüvə elektrik stansiyasının üzərində üç pilotsuz uçuş aparatları (PUA) icazəsiz uçduğu bildirilib.

Vaxt.az xəbər verir ki, ölkənin Nüvə Tənzimləmə Agentliyi, dörd reaktorlu “Genkay” Nüvə Stansiyasını idarə edən “Kyushu Electric Power” şirkətindən hadisə barədə məlumat aldığını açıqlayıb.

Təhlükəsizlik qurumları hadisə zamanı stansiyanın fəaliyyəti və ətraf mühit üçün hər hansı bir təhdid olmadığını qeyd edir.

Yaponiyada nüvə obyektlərinin üzərində PUA uçuşları ümumiyyətlə qadağandır. Rəsmi şəxslər hadisəni “son dərəcə qeyri-adi” adlandırıblar.

 

Kimin uçurduğu məlum deyil

 

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir. PUA-ların kim tərəfindən və hansı məqsədlə uçurulduğu hələlik bəlli deyil. Stansiya ətrafında radiasiya səviyyəsinin normal olduğu və əhalinin təxliyəsinin lazım gəlmədiyi açıqlanıb.

Qeyd edək ki, stansiyanın 1 və 2 nömrəli reaktorları fəaliyyətini dayandırıb. 3 və 4 nömrəli reaktorlar isə 2011-ci ildə baş vermiş zəlzələ və sunami nəticəsində Fukusima nüvə qəzasından sonra tətbiq edilən sərt təhlükəsizlik qaydaları çərçivəsində yalnız 2018-ci ildə yenidən işə salınıb.