İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:14 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 781 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında iyun ayında İsrail və ABŞ-ın İrana hücumlarından sonra dayandırılan yoxlamaların bərpasını təmin edəcək razılaşma əldə edilib.
İranın xarici işlər naziri Abbas Araqçı ilə MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi Misirin paytaxtı Qahirədə tərəflər arasında yeni razılaşma layihəsini yekunlaşdırmaq üçün bir araya gəlib.
Görüşdən sonra Araqçı ilə Qrossi, iyundakı İsrail və ABŞ hücumlarından sonra dayandırılan yoxlamaların bərpasını təmin edəcək razılaşmanı imzalayıb.
Görüşə dair açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi, “İran və Beynəlxalq Atom Enerjisi Agentliyi, ABŞ və sionist rejimin (İsrail) ölkəmizin dinc nüvə obyektlərinə qanunsuz hücumlarının ardından ortaya çıxan yeni şəraitdə necə qarşılıqlı fəaliyyət göstərəcəkləri mövzusunda razılığa gəldilər”, – deyib.
İran Məclisi iyunun 26-da qəbul etdiyi və Konstitusiyanı Mühafizə Şurasının da təsdiqlədiyi qanunla hökuməti MAQATE ilə əməkdaşlığı dayandırmağa, müfəttişlərin girişini qadağan etməyə məcbur etmişdi. Sənəd yalnız İranın nüvə hüquqları tanınıb təhlükəsizlik təminatları verildiyi halda, Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə qüvvədən düşəcək şəkildə hazırlanmışdı.
Bu çərçivədə İran yeni qanuna əsasən MAQATE ilə yeni “əməkdaşlıq modeli” üzərində danışıqlar aparırdı.
MAQATE rəhbəri Rafael Mariano Qrossi də Qahirədə keçirilən görüş barədə “X” sosial media platformasındakı hesabından açıqlama verib.
Qrossi bildirib ki, Qahirədə İran xarici işlər naziri Araqçı ilə İranda yoxlama fəaliyyətlərinin başlanmasına dair praktiki üsullar üzərində razılığa gəliblər.
Bu inkişafı doğru istiqamətdə atılmış mühüm addım adlandıran Qrossi həmçinin göstərdiyi sadiqlik və iştiraka görə Misir xarici işlər naziri Bədir Əbdülatiyə təşəkkür edib.