vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 14 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Gecə yarısı 6 bal gücündə 09:20 | 14 may 2025 | Çərşənbə Məqaləyə 80 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gecə yarısı 6 bal gücündə

Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən saat 02.51-də (Bakı vaxtilə) Aralıq dənizinin Muğla sahillərində meydana gələn 6.0 bal gücündə zəlzələ, Kritin adalarının şərqində, 64.4 kilometr dərinlikdə qeydə alınıb. Yunan zəlzələ mütəxəssisləri zəlzələnin Avropa və Afrika plitələrinin toqquşduğu yerdə meydana gəldiyini bildirərək, bunun Santorini və Türkiyədəki zəlzələlərlə əlaqəli olub-olmadığını şərh edib.

Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) tərəfindən 6.0, Afina Milli Rəsədxanasının Geodinamik İnstitutu tərəfindən 6.1 bal gücündə qeydə alınan zəlzələ Türkiyənin cənub əyalətlərində, Yunanıstanın cənub əyalətlərində və Kipr adasında hiss olunub. Xüsusilə Krit və Rodosa güclü hiss olunan təkanlar səbəbindən Yunanıstanda sunami təhlükəsinə qarşı profilaktik xəbərdarlıq edilib.

***

Yunanıstanın ERT kanalına danışan Geologiya professoru və Yunanıstan Zəlzələnin Planlaşdırılması və Mühafizəsi Təşkilatının (OASP) prezidenti Eftimios Lekkas, “Bu böyük zəlzələnin əsas xüsusiyyəti onun fokus dərinliyinin 60 kilometr olmasıdır. Bu o deməkdir ki, zəlzələ Kassos və Karpatosa, bir qədər də Kritə zəifləmiş formada çatıb”, – deyib.

OASP prezidenti həmçinin bildirib ki, bu zəlzələ əsasən Yunan qövsündə, yəni Avropa və Afrika plitələrinin toqquşduğu yerdə baş verib. Zəlzələ bütün Krit, Rodos, Kos və bütün cənub-şərqi Egey dənizində güclü hiss olunub.

***

Santorini və Türkiyədə baş verən zəlzələlər arasında mümkün əlaqənin olub-olmaması ilə bağlı sualları cavablandıran Lekkas, “Santorinidəki zəlzələlərlə heç bir əlaqəsi yoxdur, tamamilə fərqli bir geotektonik quruluş var və bunun Türkiyədəki zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Bu, tamam başqa geodinamik mühitdir. Hazırda Yunan qövsünün üzərindəyik, zəlzələlər isə Santorinidə tamamilə fərqli, vulkanik mühitdə baş verir. Türkiyədə zəlzələlər Anadolu qırılma xətti boyunca baş verir”, – deyib.

Lekkasın sözlərinə görə, ikinci mühüm element bu dərinlikdə zəlzələlərin yalnız bir dəfə baş verməsidir: “Yəni bu tip zəlzələlər yalnız bir dəfə baş verir. Nə böyük foreşok ardıcıllığı, nə də böyük afterşok ardıcıllığı gözlənilmir. Bu tip zəlzələlər tək təkanlar olur”.

***

Muğla valisi İdris Ağbıyıq sosial media hesabında zəlzələ ilə bağlı yoxlamaların davam etdiyini bildirib və “İndiyə qədər heç bir neqativ hal qeydə alınmayıb”, – deyib.

Zəlzələnin göstəriciləri:

Güc: 6.0 (Ml)

Məkan: Aralıq dənizi - [155.06 km] Datça (Muğla)

Tarix: 2025-05-14

Saat: 01:51:16 TSİ

Dərinlik: 20,41 km