vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 14 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
Dünyanın ən kasıb prezidenti vəfat edib 08:57 | 14 may 2025 | Çərşənbə Məqaləyə 104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın ən kasıb prezidenti vəfat edib

Latın Amerikası sosializminin ikonik nümayəndəsi 89 yaşında dünyasını dəyişdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Təvazökar həyat tərzi və xalqa yaxın mövqeyi ilə bütün dünyada böyük rəğbət qazanan Uruqvayın keçmiş prezidenti Xose Alberto Muxika Kordano 89 yaşında dünyasını dəyişib. İctimaiyyət arasında “Pepe” kimi tanınan Xose Muxikanın ölümünü Uruqvay prezidenti Yamandu Orsi “X” (keçmiş Twitter) platforması vasitəsilə ictimaiyyətə açıqlayıb.

Prezident Orsi öz yazısında belə bir bəyanat verdi: “Yoldaşımız Pepe Muxikanın vəfatını dərin hüznlə bildiririk. Prezident, döyüşçü, lider və pioner... Əziz qoca sizin üçün darıxacağıq. Bizə verdiyiniz hər şeyə və xalqınıza göstərdiyiniz dərin məhəbbətə görə təşəkkür edirik”.

Son zamanlar səhhətinin pisləşdiyini deyilən Muxika 2021-ci ildə qida borusunda bədxassəli şiş aşkarlandığını mətbuata açıqlanmış və bu səbəbdən aktiv siyasətdən çəkildiyi bildirilmişdi.

***

2010-2015-ci illər arasında Uruqvay prezidenti vəzifəsini icra edən Muxika 2009-cu ildəki seçki qələbəsindən sonra ölkə tarixində iz buraxdı. Montevideo çölündə təvazökar fermasında yaşayan Muxika, vəzifədə olduğu müddətdə sadə həyatı, təvazökarlığı və xalqla səmimi əlaqəsi ilə dünya ictimaiyyətinin sevgisini qazandı.

Latın Amerikası sosializminin ikonik nümayəndəsi, Uruqvayın keçmiş prezidenti, “Saraysız prezident” ləqəbli Xose Muxikanın ölümü təkcə ölkəsində deyil, bütün dünyada dərin kədər yaratdı. “Dünyanın ən kasıb prezidenti” kimi tanınan bu qeyri-adi liderin arxada qoyduğu irs siyasi tarix boyu unudulmaz izlər daşıyır.

***

Xose Muxika uzun müddətdir ki, xəstəliklə mübarizə aparan qida borusu xərçənginə tab gətirdi. 89 yaşlı Muxika təkcə Uruqvayda deyil, bütün dünyada təvazökar həyatı, prinsipial mövqeyi və dönməz liderliyi ilə tanınırdı.

2024-cü ilin aprelində xərçəng diaqnozu qoyulan Muxika, son müsahibəsində, “Mən bir daha biokimyəvi müalicəyə və ya əməliyyata dözə bilmərəm, çünki bədənim artıq buna dözə bilməz”, demişdi. Onun son arzusu fermasında sekvoya ağacının altında, sadiq iti Manuelanın yanında basdırılmaq idi.

***

Muxika 2010-2015-ci illərdə Uruqvay prezidenti olub. Lakin onun adı təkcə bu vəzifəsi ilə deyil, həm də həyat tərzi ilə yaddaşlara həkk olunub. O, prezident maaşının 90 faizini yoxsullara bağışladı, dəbdəbəli avtomobillər əvəzinə mavi rəngli “Volkswagen Beetle” sürdü və prezident sarayında deyil, Montevideo çölündə kiçik fermada yaşamağa üstünlük verdi.

TIME jurnalı tərəfindən “dünyanın ən kasıb prezidenti” olaraq xarakterizə edilən Muxika, kapitalist istehlak vərdişlərini tənqid etməsi ilə də diqqət çəkib. O, məşhur çıxışlarından birində, “Bir şey alanda pulla ödəmirsən. Ömrünlə, o pulu qazanmaq üçün sərf etdiyin vaxtla ödəyirsən. Həyatı satın ala bilməzsən. Həyat səndən keçir”, – deyirdi.

***

20 may 1935-ci ildə Montevideoda anadan olan Muxika Kuba inqilabından ilhamlanaraq gəncliyində Tupamaro partizan hərəkatına qoşulub. O, 1973-cü ildə Uruqvayda baş verən hərbi çevrilişdən sonra həbs olunub, 12 il təkadamlıq kamerada saxlanılmış və ağır işgəncələrə məruz qalmışdı.

1985-ci ildə demokratiyaya keçidlə azadlığa çıxan Muxika, Geniş Cəbhə (Frente Amplio) koalisiyasında siyasətə qatıldı. Millət vəkili və kənd təsərrüfatı naziri vəzifələrində çalışdıqdan sonra 2010-cu ildə prezident seçilmişdi.