Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
21:29 | 4 aprel 2025 | Cümə
Məqaləyə 355 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Tarix bəzən səngərlərdə yazılır... Bəzən də qələmli, sakit otaqlarda. Səs-küysüz, tüstüsüz, barıtsız. Amma nəticəsi ən ağır silahlardan da dağıdıcı olur.
1914-cü ildə Londonda, diqqətdən kənarda fəaliyyətə başlayan bir mərkəz vardı: “Wellington House”. Rəsmi adı “Təbliğat Bürosu” idi, amma gerçək gücü, imperiyaların taleyini dəyişdirəcək bir ideoloji ordu yaratmaq idi.
Bu büroda oturanlar hərbçilər deyildi, yazıçılar idi. Rudyard Kipling, H.G. Uells kimi dövrün nəhəng qələm sahibləri. Onlar tank sürmürdülər, amma sözlərlə divarlar dağıdırdılar. Onların “silahı” broşürlər, plakatlar, hesabatlar idi. Məqsəd sadə idi: İngiltərəni haqlı, düşmənlərini qəddar göstərmək.
Və 1915... Osmanlı İmperiyası hədəfdə idi. Artıq mərkəzin gündəmində bir mövzu vardı – “erməni məsələsi”. O günlərin çətin savaş şərtlərində baş verən hadisələr, üsyanlar, arxa cəbhədəki xaos bir kənara qoyuldu. Tək tərəfli bir tablo çəkildi. “Qəddar Osmanlı, məzlum ermənilər” narrativi doğuldu. Həqiqətlər susduruldu, emosiyalar yüksəldildi.
Ən diqqətçəkən isə bu kampaniyanın birbaşa ABŞ ictimai rəyinə yönəlməsidir. Məqsəd, Amerikanın empatiyasını qazanmaq və Osmanlını beynəlxalq səviyyədə təcrid etmək idi. Sonralar “erməni soyqırımı” olaraq adlandırılan iddiaların kökləri, məhz bu otaqlarda, bu plan masalarında cücərdi.
Gəlin açıq danışaq. Bu hadisə yalnız Osmanlı tarixini deyil, bugünkü Türkiyənin beynəlxalq imicini formalaşdıran mühüm faktorlardan birinə çevrildi. Tarix qələmlə dəyişdirildi. Tarix, təbliğatla şəkilləndi.
Dəyərli Çölçüm , unutma: Bu dünyada elə belə heç nə baş vermir. Oxuduqlarını həmişə sorğula. Kim yazıb? Niyə yazıb? Kimin üçün yazıb? Bəzən bir plakat, bir broşür minlərlə insanın taleyini dəyişdirə bilir.
Bu gün sosial media çağında da fərqli deyil. İnformasiyanı silah edənlər, həqiqəti formalaşdıranlar hələ də var. Ayıq-sayıq ol. Gözüaçıq ol, oxumağın yetərli olmadığını bil həmişə düşün. Çünki düşünən insanı heç kim yanlış yönləndirə bilməz.