
“Qarabağ”ın iki rəqibi qarşı-qarşıya
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
“Qarabağ”ın fövqəladə hallarda “B” planı yoxdur
... Yaxud oyundan daha maraqlı mətbuat konfransı
Azərbaycan futbolu üçün bir ilkə quruda olsa “sağol” demək lazımdır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Hazırda Premyer Liqa matçlarının 40 faizi süni örtüklü meydançalarda oynanılır. Bu təxminən yarısı deməkdir. Az qala hər iki oyundan biri. Dəhşətli rəqəmdir.
Ancaq gələn mövsüm bu rəqəmlər dəyişə bilər. Hazırda “Şamaxı”, “Kəpəz”, “Turan” (eyni meydançadır) və “Səbail” rəqiblərini süni örtükdə qəbul edirlər. “Səbail”in elitadan düşməsi bu baxımdan müsbət rol oynayacaq. Üstəlik, sentyabrda Gəncə stadionunun açılışı ediləcək və “Kəpəz” də təbiiyə köçəcək. Tovuz klubu da stadionun örtüyü dəyişmək qərarını elan edib, bu işi yerinə yetirdikləri müddətdə oyunlarını Gəncədə keçirəcəklər. Qalır “Şamaxı”, ona da dözmək olar.
I Liqadan 3 komanda gələcək: “Qəbələ”, “Karvan” və “İmişli”. Hər üçünün meydançası təbiidir, ancaq son ikisinin örtüyü fiasko vəziyyətindədir, asfaltda oynasalar daha yaxşıdır. Dəyişilməlidir, dəyişiləcək də. “İmişli” müvəqqəti Bayıla sığına bilər, amma son nöqtədə öz şəhərinə qayıdacaq. Beləliklə, qeyd etdiklərimiz baş tutsa, Premyer Liqada süni örtük və onun gətirdiyi zədələr problemi aradan qalxacaq. Bu, çox yaxşı göstəricidir və vaxt keçdikcə bu işə daha ciddi yanaşmaq lazımdı.
Təklifim isə budu ki, mərhələli şəkildə ölkə çempionatının yüksək dəstəsində matçların süni meydançada oynanması qadağan edilsin. Qarşıdakı 5 ildə bunu həll etmək olar. Aşağı dəstədən gələn, meydançası süni örtüklü olan komandalara sınaq və örtüyü təbiiyə dəyişmək üçün 1 və ya 2 illik vaxt vermək kimi istisna da tətbiq edilə bilər.
Sonrakı illərdə bu qadağanı daha aşağı dəstələrə və uşaq futboluna da gətirmək mümkündür. Xüsusilə də uşaq futbolunda bu problem dəhşətli dərəcədə böyükdür. Faktiki yeniyetmə futbolçularımız 17 yaşına qədər təbii ot üzü görmürlər. Bu isə ölkə futbolunun gələcəyinə ağır zərbə vurur və onun inkişafını elə başlanğıcında kəsir.