
“Qarabağ”ın məğlub etdiyi “Bode Qlimt”
İndi Avropa bizi yox, onu alqışlayır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
“Qarabağ” bu matçda komanda olaraq böyük bir mərhələ adladı. Məsələ tur keçməkdə deyil. Məsələ bu turu necə keçməkdədi. Böyük komandalar resurslarından maksimum istifadə edə bilən komandalardı. Məsələn, Ramil Şeydayev, Kvabena Ovusu, İbrahima Vaci kimi “infarkt” səbəblərindən bu qədər səmərə götürmək az iş deyil. Onların nazıyla oynamaq, səhvlərini bağışlamaq, səbirlə davranmaq, davamlı şəkildə şans vermək və gözləmək... Bunu bacarmaq asan iş deyil. Qurban və “Qarabağ” bacardılar. Nəticə də göz önündədir.
Ramil 120 dəqiqə ərzində meydanda can qoydu. Yetərincə ciddi məvacib alsa da və Qurbanovun heç oğluna vermədiyi şansı dəfələrlə əldə etsə də, gözləniləni vermir...di. Hücumçu kimi yenə vermədi, amma komandanın bir üzvü kimi verdi. O boyda bədəni o cinahda bu qədər dal-qabaq daşımaq, ortaya sürət və mübarizə qoymaq inanılmaz güc və iradə tələb edir. Şeydayevdə bunu gördük.
Vaci də Ramil qədər döyüşdü. İlk matçda da eyni cür oynamışdı, qollar da vurmuşdu. Bu dəfə isə xeyri pressinqlə verdi. Hər kəs bilir ki, müdafiə, yaxud da hazırkı durumda lazımi pressinq məhz mərkəz hücumçusundan başlanır. Ona görə də o mövqedə oynayan futbolçular adətən ucaboy və dözümlü olur, həm yerdə, həm də hava toplarında mübarizəyə qoşula bilirlər. Vaci bu tip forvard olmasa da, verilən tapşırığı sonuna qədər yerinə yetirdi.
Ovusu isə qol vurmaq tapşırığı almışdı, çıxdı işini gördü, tapşırığı yerinə yetirdi. Onun “Qarabağ” formasında bu günə qədər qaçırdığı top sayını heç kalkulyator hesablaya bilməz, amma məşqçi ona dözdü və güvəndi. Yenə də nəticə ortadadır.
Bədavi meydana elə girdi ki, heç elə bil bu günə qədər Medina “Qarabağ”da oynamayıb, heç kimin yadına da düşmədi. Qara çalışqan və böyük faydalı iş əmsalı olan Riçardı yaxşı əvəzlədi, komandaya müdafiədən rahat çıxmaqda kömək etdi, standart vəziyyətlərdə belə xeyir verdi.
Bəhlul da pis deyildi. Toralı o qədər də bəyənmədim, amma o da sona qədər mübarizə apardı, bəzi epizodlarda Zubirə çox kömək oldu. Əminliklə söyləmək olar ki, o cinahda Cəfərquliyevdən daha səmərəlidir, amma bu dəqiqə “Qarabağ”ın ən zəif nöqtəsi məhz sol cinahdır. Müzakirəsiz.
Bütün bunları sadalamaqda məqsədim odu ki, yaxşı komandaya təsadüfi transferlər edilməz, əldə olan bütün materialdan maksimum istifadə edilər. “Qarabağ” bu gecə əlindəki bütün resurslardan yararlanıb qələbə qazandı, böyük kluba çevrildi. Gənc idisə, indi əsl kişidir. Kişi idisə, indi əsl müdrik bir qocadır. Amma dəqiq olan odu ki, nədirsə, böyük bir məfhumdur.
P.S.: Maksim Medvedev isə üzüsulu getməlidir. Sarğını təhvil aldığı Rəşad Sadıqov pis-yaxşı bunu bacarmışdı, Maksim də eynisini etsə, daha yaxşı olar.