
Əli, Vəli, Pirvəli ...
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
Oyun tərzi ilə Kərəm Aktürkoğluna bənzədilən 19 yaşlı futbolçunun transferindəki cəlbedicilik
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
Seçim etmək lazım idi ...
Uşaq futbolunun ən böyük bu problemi
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
“Qarabağ”ın fövqəladə hallarda “B” planı yoxdur
... Yaxud oyundan daha maraqlı mətbuat konfransı
Azərbaycan futbolu üçün bir ilkə quruda olsa “sağol” demək lazımdır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
“Qarabağ” növbəti – 12-ci çempionluğunu qazandı. Əslində, elə də asan olmadı. Xal fərqinin çox olmasının səbəbi rəqiblərin yaxşı durumda olmaması idi. Qurban Qurbanovun yetirmələri mövsümə yaxşı başlamadılar, yaxşı davam etdirmədilər, ancaq yaxşı bitirdilər. Güc, sürət gedə bilər, amma klass həmişə qalır. “Qarabağ” təcrübə, oturuşmuş sistem və oyunçuların keyfiyyəti hesabına qalib gəldi. Konkret meydandakı oyunu götürsək, onlardan da yaxşı bir komanda vardı.
O da “Zirə”dir. Mənə görə mövsümün komandası da “Zirə”di, məşqçisi də Rəşad Sadıqovdur. Liderdən 15 xal geri qalan bir kollektiv haqda bu sözləri işlətmək qəribə gələ bilər. Ancaq ortaya qoyulan performans başqa fikirlərə sövq edir. “Zirə” bu mövsümə də damğasını vurdu.
“Araz” da təəccübləndirdi. Mövsümün ilk yarısında az qala çempionluğa oynaması, ikinci yarısında isə az qala avrokuboklardan kənarda qalmağa çalışmasıyla təəccübləndirdi. Elmar Baxşıyev yaxşı heyət qura bilməsi, yaxşı oyun oynada bilməyini bir daha sübut etdi. Ancaq heyət yetərsizliyi və şəraitsizlik mütəxəssisin bütün istədiklərini etməyə mane oldu. Bir gün Buzovnada alaq, bir gün Binədə süni, o biri gün Sumqayıtda ot örtükdə məşq edən, bəzən isə ümumiyyətlə icarəyə meydança tapmayıb sadəcə fitnesslə məşğul olmağa məcbur olan komandanı bura qədər gətirə bilibsə, Baxşıyevə ancaq alqış düşür. Ancaq bir şey də dəqiqdir ki, bu klubun Naxçıvana getməyincə böyümək şansı yoxdur.
Enişli-yoxuşlu qrafik cızsa da, “Turan” da bu mövsümü aktivinə yazmalıdır. Startı əla verən tovuzların qışaqədərki performansı o qədər yaxşı alınmışdı ki, çempionluq iddiaları belə səslənməyə başlamışdı. Sonra gələn zədələr epidemiyası bütün planları pozdu. Ehtiyat qüvvə də yetərsiz olunca, komanda sabit qrafik cıza bilmədi (məsələn, çempionu 2 dəfə məğlub edib, autsayderlərlə xal itirmək kimi qəribəlikləri bura daxil etmək olar) və avrokuboklara birbaşa vəsiqə qazanmaq imkanını əldən verdi. Hər halda, “Turan” həm inkişaf istəyən rəhbərliyi, həm komandası, həm baş məşqçisi Kurban Berdıyev, həm də azarkeşləriylə yarışa rəng qatdı, müsbət mənada fərqlənərək gələcəyə ümid verdi.
“Neftçi”ylə “Sabah” haqqında deyiləcək söz yoxdur, daha doğrusu, təxminən eynidir. Birlikdə 50 milyondan çox büdcəyə malik olan bu komandaların mövsüm ərzində 50 qəpiklik nəticə qazanmamaları, bərbaddan da o yana bir durumu ortaya çıxarır. Bu yekəlikdə biabırçı idarəetməni müzakirə belə etməyə dəyməz. Bütün sözlər deyilib, daşa-divara dəyib, qayıdıb. Təkrarçılıq etməyək.
“Səbail” də ötən mövsümkü yanlış idarəetmənin qurbanı oldu. Ona görə də elitadan düşdülər. Əminliklə söyləmək olar ki, bu feyk klub üçün heç kim darıxmayacaq, 3-5 ildən sonra da ümumiyyətlə unudulacaq.
Mənə görə “mövsümün bərbadları” nominasiyasında xüsusi mükafatın biri də “Sumqayıt”a düşür. Yaxşı büdcə, əla infrastruktur və şərait ola-ola, bu qədər bərbad olmağı bacarmağa xüsusi istedad lazımdır. Bu komanda Sumqayıt kimi şəhərin yeganə komandasıdır, hər cür dəstəyi də var. Bu şəhər elitada qalmaq uğrunda yox, minimum gümüş medallar uğrunda mübarizə aparan komandanı haqq edir. Klub rəhbərliyi bu mövsümdəki səhvləri analiz etməli və təkrarlanmaması üçün addımlar atmalıdır. Yaxşı, keyfiyyətli transferlər həyata keçirilməli, başına da keyfiyyətli məşqçi qoyulmalıdır. Yoxsa gələn mövsüm bundan da ağır nəticələr qaçılmaz olacaq və o zaman yaşanacaqları təsəvvür belə etmək çətindir.
Mövsümün oyunçusu kimi Salifu Sumanı görürəm. “Şerif”lə oyundan sonra qovulmaq təhlükəsi yaşayan futbolçu, komandasının yalnız “Qarabağ”dan geri qalaraq uğurlu çıxışında müstəsna rol oynadı.
Mövsümün matçı: konkret bir matç xatırlamadım.
Mövsümün qurumu: Peşəkar Futbol Liqası. İlboyu gördükləri işlər bir yana, insanların evdən çölə çıxmağa belə çətinlik çəkdiyi çovğunda futbolu dayandırmamaq, yarışın davamını təmin etmək üçün etdikləri qışın da, ümumilikdə mövsümün də hadisəsi idi.
Mövsümün qolunu Patrik Andradenin “Zirə”yə vurduğu qol hesab edirəm.
Mövsümün komandası: Kristian Avram (“Araz”), Elvin Cəfərquliyev (“Qarabağ”), Ruan Renato (“Zirə”), İqor Ribeyro (“Araz”), Qismət Alıyev (“Zirə”), Marko Yankoviç (“Qarabağ”), Umarali Raxmonaliyev (“Sabah”), Kadi Borges (“Qarabağ”), Leandro Andrade (“Qarabağ”), Salifu Suma (“Zirə”), Nəriman Axundzadə (“Qarabağ”).
Mövsümün azarkeşi: Tovuz tribunası.
Mövsümün kəşfləri: Edqar Ədilxanov (“Şamaxı”) və Xəyal Əliyev (“Sabah”).
Mövsümün fotosu: Tovuz stadionunun qaranlıqdakı ümid işığı.