vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 7 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
... “CƏHƏNNƏMDƏ” 07:52 | 7 iyul 2025 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... “CƏHƏNNƏMDƏ”

“Bəs biz harda oynayaq?” ...

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Karvan” da hamını aldatdı da, bildiniz yəqin. Stadionun örtüyünü süni eləyirlər. Əvvəldən də elə edəcəkdilər. Sadəcə gördülər ki, ictimai təzyiq var, aranı sakitləşdirmək üçün kələk gəlib “təbii örtük olacaq” şayiəsini buraxdılar. Sonra isə yenə “A planı”na qayıtdılar.

Kənan Kərimov son müsahibəsində örtük məsələsiylə bağlı bunu deyib ki, təbii eləsək, vaxt itirəcək, yer axtarmalı olacağıq, “bəs biz harda oynayaq?”. Hörmətli mütəxəssisin sualının cavabını deyim: cəhənnəmdə!

Əsla kobudluq etdiyimi düşünməyin. Avqustun ortasında Yevlaxda süni örtükdə oynamaqla cəhənnəmdə oynamaq arasında heç bir fərq yoxdur. Eyni şeydir.

Ümid edirəm ki, AFFA rəhbərliyi bu kələyin böyüməsinə imkan verməyəcək və gələn mövsümdən örtüyün dəyişilməsini tələb edəcək. Bir dəfə də yazmışdım: bu örtük məsələsi “İcraKom” səviyyəsində müzakirə edilməli, Premyer Liqada oyunların süni örtükdə oynanılması qadağan edilməlidir.

“Karvan”a isə axırıncı yeri tutmağı arzulamıram, amma buna heç üzülməyəcəyimi də indidən deyirəm. Bir dənə ot işini həll edə bilməyən komanda elə aşağı liqada oynasa yaxşıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)