vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
“Xankəndi” – region futbolunun uğuru ... 19:28 | 22 may 2025 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xankəndi” – region futbolunun uğuru ...

... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA Region Liqasını “Xankəndi” Futbol Klubu qazandı. Yarışın özü haqda ancaq xoş sözlər deyə bilərəm, çünki ölkənin böyük bir hissəsini əhatə edir, futbolun ölkədaxili coğrafiyasını genişləndirirdi. 55 klub az deyil. Qazaxdan Cəlilabada, Bərdədən Balaxanıya, Xudatdan Hacıqabula qədər az qala hər yer əhatə olundu. Yaxşı turnirdir, daha da təkmilləşdirilə, gücləndirilə bilər, amma maraqsız deyildi.

O ki qaldı qalibə, layihə komandasıdır, yaradılma, adlandırılma səbəbi məlumdur. Ötən mövsüm I Liqada bu qəbildən birinə – “İrəvan” FK – şahidlik etmişdik, çox uğursuz, hətta deyərdim biabırçı, rəzil bir sonluqla bitdi. Çünki iş işi bilməyənlərə, heç bir peşəkarlıq nümayiş etdirmədən, sadəcə adı əsas götürüb rahatlıqla istədiklərini edə biləcəklərini düşünənlərə tapşırılmışdı. Görünən odur ki, “Xankəndi” bir qədər fərqlidir, futbolu bilən adamların toplaşıb. Ümid edək ki, bu komanda yuxarıda qeyd etdiyim aqibəti yaşamayacaq və daşıdıqları adın yükünü qaldıra biləcəklər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)