vaxtlı-vaxtında oxuyun! Cümə, 25 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
Səviyyə fərqiylə qələbə 07:48 | 24 iyul 2025 | Cümə axşamı Məqaləyə 181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səviyyə fərqiylə qələbə

“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ” İrlandiya səfərindən turu həll edərək qayıdır. Fəlakət, fors-major, möcüzə baş verməsə, Ağdam təmsilçisi ardıcıl 12-ci dəfə avrokubokların qrup (hazırda liqa) mərhələsini təmin edəcək. Hələ ki, Konfrans liqasının, daha yaxşısı da ola bilər.

Oyundan əvvəl yazdıqlarımız düz çıxdı. İrlandiya təmsilçisi sürətli, atletik, çevik komandadır, ancaq oyunçularının keyfiyyəti “Qarabağ”la müqayisədə çox aşağıdır. Buna da şahidlik etdik. Belələrinin maksimumu elə 2-ci mərhələdir.

Oyunun özünə gəlincə, Yankoviçin yoxluğu aşkar göründü. Bu itki həm müdafiə, həm də hücum potensialımızı zəiflətdi. Onsuz da irəlidə seçimimiz azdı, orda variativliyə ümid etmirik. Üstəlik də, Kadi dayaqda oynadı ki, bu da işin yaradıcılıq tərəfini axsatdı. Addai çalışqan olsa da, Borgesin məhsuldarlığına (2-ci qolumuzda azacıq boşluq əldə edən kimi asisti təmin etdi) yaxın düşə bilməz. Nəticədə rəqib müdafiəsinin mərkəzi nisbətən rahat oynadı.

Əvəzində bizim müdafiənin ortasında çətinlik vardı. Fərdi səhvləri də bura əlavə etməliyik. Rəqib “Şelburn” yox, daha yaxşı komanda olsaydı, fasiləyə məğlub yollanacağımız şübhəsiz idi.

İkinci hissədə meydan sahibləri bizi qapımıza sıxmağa, təxminən 30 dəqiqə ərzində heç nə edə bilməməyə məcbur etdi. Təlim-məşq toplanışını təzə bitirən “Qarabağ”ın hazırda davam edən ölkə çempionatında oynayan, iki də ÇL matçı keçirmiş rəqibindən forma baxımından bir qədər geridə qalmasını normal qiymətləndirmək olar. Həm də buna öyrəşmişik. “Qarabağ” həmişə belə başlayır, avqustun ortaları, bəzən sonuna yaxın daha yaxşı təsir bağışlayır.

Ümumilikdə, yaxşı, haqq edilmiş və vacib qələbədir. Sezona yaxşı başlamaq, psixoloji üstünlük əldə etmək vacib idi.

Bir də hakimlik haqda. Oyunu aşağı səviyyədə idarə etdi. Sərt futbola imkan vermə adıyla Zubirin mütəmadi, əməlli-başlı təpiklənməsinə göz yumdu, azı 3-4 sarı vərəqəni vermədi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)