
... 4 oyunda 4 qələbə
Legioner hücumçusuz “Qarabağ” və ...
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
Uşaq futbolunun ən böyük bu problemi
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
Qurban Qurbanov vacib matça “qalib heyəti dəyişməzlər” prinsipi ilə çıxmışdı. “Şkendiya” ilə son qarşılaşmada kim start heyətdə idisə, onlar da Budapeştdə ilk dəqiqələrdən iş başında idilər. Xüsusilə ötən həftə səhvə yol verərək qola səbəb olan Elvin Cəfərquliyevin ehtiyata düşməsi gözlənilirdi. Ancaq Hoca başqa qərar verdi.
Matç isə gözlənilmədən “Qarabağ”ın ərazi üstünlüyü ilə başlandı. Robbi Kinin yetirmələri əsas silahları olan hücum potensialından ehtiyatla istifadə etdilər. Əslində, oyundan öncə irlandiyalı mütəxəssis bunun mesajını vermişdi. Ancaq bu qədər geri çəkilmələri gözlənilən deyildi. Macarlar çox riskə getmir, sanki qorxur, təmkinlə davranır, bizim səhvimizi gözləyir, əllərinə düşən imkanlarından maksimum yararlanmağa çalışırdılar. Və bu plan çox yaxşı da işlədi. Qapanan komandalara yaxşı oynamaqda çətinlik çəkən təmsilçimiz qazandığı real şansları da boşa verincə, fasiləyə məğlub yollandı. Nəriman, Leandro, Kadi, elə digərləri də sanki oyuna köklənmə problemi yaşayırdı. Xüsusilə Borgesdə bu tərs effekt verirdi. Qışda gəldiyi komandaya özünü sübut etmək üçün həddindən artıq çalışması, epizodlarda soyuqqanlı davrana bilməməsi onun faydalı iş əmsalını aşağı salırdı.
Amma fasilədən sonra durum dəyişdi. Görünən odu ki, Hoca daha diqqətli və dəqiq olmağı, ən əsası işə ciddi yanaşmağı tapşırmışdı, çünki gərəkəni də bu idi. Rəqib boşluqlar verirdi, yenə də verəcəkdi. Məhz bu məqamlarda düzgün davranmaq lazım olacaqdı. Elə ilk saniyələrdən – Kadi azacıq özünə gələn kimi (ikinci hissəni mükəmməl oynadı) oyun tamlıqla bizim tərəfə keçdi. “Qarabağ” sanki nəfəs dərmişdi. Yankoviçin erkən və gözəl qolu rəqibi çaş-baş saldı. Sonra təmsilçimizin total üstünlüyü başladı və qollar bir-birini əvəzlədi. Döyüşkənlik, hər top uğrunda mübarizənin əvəzi gözəl qələbə ilə gəldi. Medina əla idi, istəyi, əzmi nümunəvi dərəcədə çox böyük idi. Mateus və Mateuş da əla idilər. Zəif oyun keçirənlər də var idi, amma adbaad getməyə lüzum görmürəm. Əsas odu ki, komanda olaraq super idik.
Ən çox Musanın qol vurmasına sevindim. Epizoda bir də baxarsız. Qol vurarkən qurd qan iyi hiss edirmiş kimi davranması, hədəfə ildırım kimi şığıması əsl forvard instinktinin aşkar təcəssümü idi. Hücumçu məhz belə olmalıdı. Nəriman ona baxıb bəzi şeyləri öyrənə bilər.
Oyundan öncə də yazmışdım: avrokuboklarda qələbə gətirən əsas meyar təcrübədi. İllərlə bu cür, bundan da böyük matçlara çıxmış “Qarabağ”, öz lideri Qurban Qurbanovun rəhbərliyi altında öyrəndiklərini, gördüklərini və bundan çıxartdığı nəticələri meydanda möhtəşəm tətbiq etdi. Hocanı hər məğlubiyyətdən sonra “bu, bizim üçün təcrübə oldu” deyəndə saldığımız qəribçiliyin cavabı kimi də ola bilər bu qələbə.
Bravo, Qurban Qurbanov, bravo “Qarabağ”!
“Ferensvaroş” hələ Bakıya gələcək. Hələ bir oyun da oynayacağıq və hesabda da, psixoloji tərəfdən də böyük üstünlük biz tərəfdədi. Macarlar bu cütdə kimin daha böyük olduğunu gördülər və bir də görməlidilər, görəcəklər. Bir həftə sonra paytaxtda, Tofiq Bəhramovda ÇL himni səslənəcək. Qulaq asıb, sonrakı matçlarda qulağımızdan yaddaşımıza təkrar həkk edəcəyimiz bir məşq mərasimi olacaq.
Son bir addım qalıb. Eyforiyaya qapılmadan onu da ataq və... We are the champiooons!