“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
09:06 | 12 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 5246 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
“Atletiko”da “Axillesin dabanları” haradır?
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Futbol dərsliklərinə “bir autla bütün oyunu necə məhv etmək olar” başlığı altında düşəcək epizod yaşandı dünən. Son bir, bəlkə də iki ilin ən yaxşı matçını bir hakim, bir yanlış qərarıyla heçə endrirdi. Sürətli oyun, gözəl kombinasiyalar, hər iki komandanın sona qədər mübarizəsi, məşqçilərin taktiki gedişləri, bir sözlə hər şey yaddan çıxdı.
Epizodun müzakirəsi gərəksizdi. “Sabah”ın müdafiəçisinin çıxardığı topun rəqib oyunçuya dəyib meydanı tərk etməsini içi mən daxil ən yaxşı media sektorundakılar gördü. Rəsmən 20 metrliyimizdə baş verdi hər şey. Top “Sabah”a verilməliydi. Yan xətt hakimi isə başqa, açıq-aşkar səhv qərar verdi. Bilərəkdən, ya bilməyərəkdən fərqi yoxdur: qərar səhvdir. Misal gətirməyi sevmədiyim 15-20 il əvvəlin çempionatlarında hakim belə qərar versəydi, evə ən azı “çerez xəstəxana” gedəcəkdi. Yaxşı qurtarıb. Amma biz qurtarmamışıq. Güc-bəla bir normal çempionat düzəlməyə başlayıb, ona da elə başlamamış badalaq vurmağı qəbul edə bilmərik.
“VAR niyə baxmadı o epizoda” sualının da cavabı yoxdur. Fakt hücuma səbəb olan epizoddur, baxılmalı, penalti qərarı ləğv olunmalı idi. “Top artıq çıxmışdı” söhbəti ediləcəksə, o söhbəti edənlərin obyektivliyinə şübhə edəcəm.
“Qarabağ”ın da belə “köməyə”, bu “ayı xidməti”nə ehtiyacı yoxdur. Oyun bərabərə də bitsəydi, faciə olmayacaqdır. Bu çempionat “Qarabağ”ın çempionatıdı və istəsələr lap 7 tur əvvəldən çempion olarlar, çünki çox güclüdülər. Bir xal itkisiylə heç nə dəyişməyəcəkdir. Oyunsonrası mətbuat konfransında Qurban Qurbanov da “istənilən nəticəyə razı olacaqdım” deməklə mövqeyini ortaya qoydu. Bu komandanın üzərindən oyun oynayıb mexanizmi pozmaq istəyənlər isə cəzalarını almalıdılar.
“Sabah”ın isə haqq etdiyi təmiz bir xalı getdi. Avropa səviyyəli rəqibinə qarşı 45 dəqiqə azlıqda oynayıb, hesabda önə keçən, buna baxmayaraq sona yaxın vaxt aparmayan, kişi kimi oynayıb oyunun ruhuna xəyanət etməyən komanda alqışı haqq edir. Murad Musayev və yetirmələrinə, sadəcə əhsən! Ümid edirəm ki, komanda ruhdan düşməyəcək, çünki bizim bu yarımfabrikat çempionatımıza güclü (“Sabah”) lazımdır.