vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
Futbolda “ketçup effekti” 15:29 | 31 mart 2025 | Bazar ertəsi Məqaləyə 65 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Futbolda “ketçup effekti”

“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Premyer Liqada 28-ci tur geridə qaldı. Öyrəndik ki...

Təkcə öyrənmədik, artıq neçənci dəfə əmin olduq ki, futbol Tovuzda gözəldir. “Turan”ın matçlarındakı ab-hava heç bir yerdə yoxdur. “Qarabağ”la oyun isə xüsusi gözəl alındı. Meydandan kənarda azarkeş rekordu qırıldı, meydanda isə ev sahiblərini məğlubiyyətinə baxmayaraq, gözəl, sürətli, tempin demək olar ki, heç düşmədiyi bir qarşılaşma izlədik. Məhz belə matçlar çempionatın gözü-bəbəyidir.

Matçın özü haqda çox danışmağa ehtiyac yoxdur, hər şey ortadadır. “Qarabağ” azacıq toparlanan kimi rəqiblərinə aman vermir. Ab-hava da gözəl olandan sonra komanda özünü Avropa matçında hiss etdi və o səviyyədə oynamağa çalışdı. Ağdamlıların müdafiə xəttindəki problemlər hələ də davam edir, ancaq ölkə daxilində bu problem sadəcə narahatlıq səviyyəsindədir. Hə, bir də qapı mövqeyi. Nə hikmətdirsə, “Qarabağ”a gələn bütün qapıçılar eniş yaşayır, eyni səhvləri edirlər. Necə deyərlər, “kopyadır”. İllərdi “qapıçılarla işləyən məşqçi zəifdir” deməkdən yorulduq.

Berezutskinin məşqçilik keyfiyyətinin o qədər də yüksək olmadığını hər ötən tur görə bilirik. Bəlkə də tələsirik, vaxt keçdikcə daha yaxşı olacaq, kubokda uğurlu nəticə olacağı halda emosional irəliləyişin köməyi ilə nələrsə dəyişəcək. Amma hazırda görünən vəziyyət başqadır. Son 10 oyunda cəmi 1 qələbə qazanan məşqçi haqda nəsə müsbət fikir söyləmək ayıb olar. Ayıb iş görmədən gözləmə mövqeyi tutaq və kuboku gözləyək.

Futbolda “Ketçup effekti” deyilən bir termin var. Uzun müddət qol vura bilməyən bir hücumçunun birdən-birə ayağının açılıb dalbadal fərqlənməsini bir yeməyin üstünə ketçup tökmək prosesinə bənzədirlər. Qabın ağzı tutulur, ketçup tökə bilmirsiz, başlayırsız onu möhkəm silkələməyə. Və birdən-birə istədiyinizdən çox tökülür, norma aşılır. Hazırda “Sumqayıt” həmin “ketçup effekti”ni yaşayır. 11 oyun qol vura bilməyən komanda son 3 oyunda 8 dəfə rəqib qapısına yol tapıb, nəticədə 2 qələbə qazanıb, 1 də heç-heçə edib. Görünür, Vaqif Cavadov öz yetirmələrini yaxşıca silkələməyi bacarıb.

“Qarabağ” toparlansa da, “Zirə” hələ də çempionatın ən yaxşı komandasıdır. “Şamaxı” liderlər sırasında olmasa da, asan təslim olan komanda deyil. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv xüsusilə ikinci hissədə təzyiqi artırmaqla rəqibini üstələməyi bacardı. Həm müdafiə, həm də hücumdakı effektivlik, balanslı oyun öz işini gördü. “Neftçi”nin, “Sabah”ın, digərlərinin görməli olduğu işi – “Qarabağ”ın taxtını laxlatmağa iddianı – “Zirə” görür.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)