vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SAĞLAMLIQ  
Siqaret qədər təhlükəli 15:28 | 31 mart 2025 | Bazar ertəsi Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siqaret qədər təhlükəli

Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fitnes fenomeni illərdir solaryumdan istifadə edərək qaralmağa çalışır. Ancaq illər sonra o, bədəninin son vəziyyətini paylaşaraq, dərisinin “quru” olduğunu və ciddi ziyan gördüyünü açıqlayıb.

İrlandiyalı fitnes fenomeni, 54 yaşlı Karrinn MakDonnell “İnstaqram”da yerləşdirdiyi videoda gənc qadınlara xəbərdarlıq edərək, “Bu parıltıya aldanmayın, çünki dərim xarab olub”, – deyib. Uzun illər solaryumlara gedərək dərisini zədələdiyini qeyd edən MakDonnell, indi 18 mol çıxartmaq məcburiyyətində olduğunu bildirib. “Dərimin hər yerində izlər var, bu, həqiqətən qorxulu mənzərədir”, – deyib.

Solaryumlar təbii günəş işığını təqlid edən ultrabənövşəyi (UV) şüaları yayaraq süni qaralma təmin edir. Ancaq araşdırmalara görə, bu cihazların dəri xərçəngi ilə birbaşa əlaqəsi var.

Melanoma Fokus Dərnəyinin sorğusuna görə, Böyük Britaniyada 16-65 yaş arası 2000 insanın 28 faizi solaryumlardan istifadə edir. 18-25 yaş qrupunda bu nisbət yüzdə 43-ə qədər yüksəlir. İştirakçıların 62 faizi solaryumların dəri xərçəngi riskini artırdığını bilsə də, 38 faizi bu təhlükədən xəbərsizdir.

Dünya Səhiyyə Təşkilatı (DST) solaryumdan istifadəni siqaret çəkmək qədər təhlükəli hesab edir.

MakDonnell dərisini təkcə solaryumlarla deyil, həm də günəş altında saatlarla keçirərək zədələdiyini etiraf edib: “Mən tətilə gedəndə səhərdən axşama kimi günəşdə uzanardım. Sinəm yanırdı və insanlar bunu deyirdilər, amma mən hər şeyi səhv etdiyini bilmirdim”. Gənc ikən günəşi sevmədiyini, lakin fitness dünyasına girdikdən sonra solaryumlardan istifadə etməyə başladığını açıqlayan MakDonnell, hər kəsin qaralmasına heyran olub. “O vaxt heç bir məlumat və ya alternativ yox idi. İndi gənc qadınların dərilərini qorumalarını sevirəm”, – deyib.

Onun sosial şəbəkədə paylaşdığı video böyük marağa səbəb olub. İstifadəçilərdən biri “Maarifləndirdiyiniz üçün təşəkkür edirəm. Mən heç vaxt solyaridən istifadə etməmişəm, həmişə saxta aşılayıcı losyonlara üstünlük vermişəm, amma siz gənclərə gözəl mesaj verdiniz”, – yazıb. Başqa bir izləyici isə “Həqiqəti açıq dediyiniz üçün sizi təbrik edirəm. Çoxumuz “Mənim başıma gəlməyəcək” deyə düşünürük, amma həqiqət başqadır”, – şərhini yazıb.

***

Mütəxəssislər dəri xərçəngi riskinin gündən-günə artdığını bildirərək, solaryumdan uzaq durmaq lazım olduğunu vurğulayırlar. Solaryum əvəzinə günəş kremindən istifadə etmək və sağlam bronzlaşma üsullarına müraciət etmək tövsiyə olunur.