
Saxta arayışı böhranı
Fransada şirkətlər xüsusi detektiv tutur
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransada keçirilən son “Odoxa” sorğusuna görə, ifrat sağçı RN lideri Marin Le Pen ən populyar siyasətçi olub. Le Peni partiya daxilində onun varisi kimi görünən Jordan Bardella xanım siyasətçini yaxından izləyir.
“Odoxa” araşdırma şirkətinin Fransada regional mətbuat və İctimai Senat üçün apardığı son siyasi barometr siyasi səhnədə böyük dəyişikliyi ortaya qoydu. İfrat sağçı Milli Mitinq (RN) partiyasının lideri Marin Le Pen ilk dəfə olaraq ən çox dəstəklənən siyasi fiqur olub.
Respondentlərin 37 faizi Le Penə ya “rəğbət bəslədiklərini” bildiriblər. Le Pen bu göstərici ilə sorğularda uzun müddət birinci yeri tutan keçmiş baş nazir Eduard Filipi qabaqlayıb.
Marine Le Penin siyasi gələcəyini təhlükə altına qoyan məhkəmə, görünür, onu ictimaiyyətin gözündə qurban mövqeyində yerləşdirməklə onun populyarlığını artırıb. Xüsusilə sosial şəbəkələrdə “Namizədliyim bloklansa, bu, tamamilə qeyri-demokratik olar” ifadəsindən sonra 40 mindən çox həştəqli paylaşım edilib.
Onun haqqında ümumiyyətlə mənfi yazılan şərhlərin 80 faiz göstəricisi 50 faizə düşüb. Ekspertlər deyirlər ki, bu transformasiya Le Penin özünü qurban kimi təqdim etməsindən qaynaqlanır.
Sorğunun ən diqqət çəkən cəhətlərindən biri Jordan Bardellanın yüksələn ulduz olmasıdır. RN seçicilərinin böyük əksəriyyəti Le Penin mümkün siyasi qadağası halında partiyanın zərər görməyəcəyinə inanır: RN seçicilərinin 69 faizi deyir ki, Le Penin toxunulmazlığı partiyaya zərər verməyəcək.
44 faizii “fərq etməz”, 25 faizi isə “hətta faydalı olacağını” düşünür.
Sorğunun nəticələrinə görə, Bardella 35 faiz xalq dəstəyinə malikdir, RN seçiciləri arasında onun dəstəyi 92 faiz, Le Peninki isə 94 isə təşkil edir.
Fransız respondentlərin əksəriyyəti hesab edir ki, Le Penə məhkəmə prosesində digər siyasətçilərdən heç də fərqli münasibət yoxdur. Amma RN seçiciləri bu fikri bölüşmürlər. RN-yə yaxın insanların 90 faizi Le Penin siyasi hədəfə alındığına inanır.
"Fransız xalqının ədalətə inamı təkcə Le Penə aid deyil. Biz Sarkozi və Fiyon işlərində də oxşar tendensiyaları görmüşük”, – Odoxa prezidenti Gaël Sliman deyib.
Qarşılaşdığı hüquqi prosesə baxmayaraq və ya bəlkə də buna görə Marin Le Pen Fransa xalqının gözündə ən simpatik siyasi fiqur olub. Hətta mümkün siyasi qadağa halında belə, onun partiyasının Jordan Bardella ilə hakimiyyətini qoruya biləcəyi düşünülür.