14:23 | 29 mart 2026 | Bazar
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
Rumıniyanın futbol üzrə milli komandasının baş məşqçisi Mirça Luçesku bu gün keçirilən məşq zamanı özünü pis hiss edərək yerə yıxılıb və dərhal ambulansla xəstəxanaya aparılıb.
VAXT.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Slovakiyaya səfər öncəsi son məşqdən əvvəl keçirilən toplantı zamanı baş verib.
Rumıniya Futbol Federasiyası bildirib ki, Luçeskunun vəziyyəti stabildir. Federasiyanın açıqlamasında qeyd olunur ki, baş məşqçi vəziyyəti pisləşdiyi anda milli komandanın tibbi heyəti dərhal müdaxilə edib və hadisə yerində ilkin yardım göstərilib.
Hazırda baş məşqçi xəstəxanada müayinə olunur və tibbi heyət tərəfindən nəzarət altında saxlanılır. Federasiya ictimaiyyəti yeni məlumatlar barədə məlumatlandıracağını açıqlayıb.
Mirça Luçesku futbol dünyasında uzun illərdir tanınan təcrübəli məşqçidir. O, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor Donetsk” və “Dinamo Kiyev” kimi klublarda çalışıb və həm Rumıniya, həm də beynəlxalq arenada qazandığı uğurlarla məşhurdur.

