İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:39 | 29 mart 2026 | Bazar
Məqaləyə 231 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ-İsrail koalisiyası ilə İran (SEPAH) koalisiyası arasında savaş davam edir.
3500-ə yaxın dənizçi və dəniz piyadası, təyyarə və silah daşıyan USS Tripoli amfibiya hücum gəmisi Ərəb-Fars körfəzinə çatıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəminin yeni yerdəyişməsini 28 martda elan edib. Gəminin missiyasının təfərrüatları açıqlanmayıb.
CENTCOM-un açıqlaması: "Amerika sinifli amfibiya desant gəmisi təxminən 3500 dənizçi və dəniz piyadası, eləcə də nəqliyyat və zərbə qırıcıları, amfibiya hücum maşınları və taktiki aktivlərdən ibarət Tripoli desant Qrupu/31-ci Dəniz Ekspedisiya Qüvvələrinin flaqman gəmisi kimi xidmət edir."
VAXT.AZ “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, əlavə elit qoşun daşıyan daha üç gəmi, o cümlədən amfibiya hücum gəmisi USS Boxer də Yaxın Şərqə doğru üzür.
“USS Tripoli”nin Ərəb-Fars körfəzi bölgəsinə yerləşdirilməsi ilə bağlı media xəbərləri ilk dəfə martın ortalarında yayılmışdı. Martın 24-də “The New York Times” və “The Financial Times” qəzetləri ABŞ-ın Yaxın Şərqə əlavə 2000 paraşütçü göndərəcəyini və bununla da bölgədəki qoşunların ümumi sayının 7000-ə çatacağını bildiriblər.
Ehtimal olunur ki, Amerika əsgərlərindən İranın Boğazdakı əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adasını ələ keçirmək üçün istifadə ediləcək.
Pentaqon İranda həftələrlə davam edən quru əməliyyatlarına hazırlaşır. Güman edilir ki, bu tammiqyaslı işğal yox, daha çox kiçik reydlərdir.
Xarq adası Boğaza nəzarət baxımından strateji önəm daşıyır. Xarqla birlikdə İranın 1971-ci ildə ələ keçirdiyi 3 ada (Əbu-Musa, Böyük və kiçik Tunb adaları) boğazdan keçidə tam nəzarət imkanı verir.
Xarq adası üstəlik İran neftinin 90 faizinə nəzarət, ölkə iqtisadiyyatının bel sütununun qırılması deməkdir.
İran adaları sahildən atəş altında saxlayarsa, partizan savaşına gedib tankerlərə sahildən hücumlar edərsə (Yəməndəki husitlər kimi) boğazətrafı torpaqların təmizlənməsi də gündəliyə gələ bilər.
Bu arada xəbər yayılır ki, Məsut Pezeşkian SEPAH-ın yeni rəhbərliyinə atəşkəs olmazsa, ölkə iqtisadiyyatının bir həftəyə tam çökəcəyi barədə xəbərdarlıq edib.