vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
Çörək və tamaşa 10:46 | 1 iyun 2025 | Bazar Məqaləyə 35 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çörək və tamaşa

Bu nə təkəbbürdür, həmişə udmalısan?

Rüstəm QARAXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Azərbaycan Kubokunun final oyunu Çempionlar Liqası mövsümünün parlaq yekunu fonunda kölgədə qaldı. Halbuki nadir hallarda baş verən nəticə ilə bitdi. “Qarabağ” uduzdu və dərhal mənfi yük yönəldi hakimə və konspiroloji ssenarilərə. Ona görə yox ki, “Sabah” udub. Ona görə ki, “Qarabağ”ı uduzdurublar, çünki əks təqdirdə Avropaya “Turan Tovuz” gedəcəkdi.

Mübahisə etmirəm, bəlkə də belədir. Mənim diqqətim isə başqa məqam çəkdi. “Qarabağ”ın baş məşqçisinin kinli, xoflu, sarkastik, eqoist reaksiyası. Yəni niyə “Qarabağ”ı uduzdurdular yox, niyə məni uduzdurdular...

Azərbaycanda çox şeydə olduğu kimi, futbolda da mədəniyyət yoxdur. Nə oyun mədəniyyəti, nə azarkeş mədəniyyəti, nə də ki, klub futbolu mədəniyyəti. Klubun sahibi var, klub var. Yoxdur – “İnter” Bakı “Keşlə”dən keçib olur “Şamaxı”. Bütün ümidlər situativ uğurlara bağlıdır. Təəssüf ki, azarkeş zövqü də. “Qarabağ” Avropada 3-4 oyun uddu, bütləşmə apogey həddə çatır. Daxildə uduzdu – vay bə hakimlər və AFFA.

Çörək və tamaşa. Bizimki budur. Özümüzdən başqa heç kimi görmürük, görə bilmirik, görmək istəmirik. Gedib Hansi Fliklə şəkil çəkdirməklə deyil, ondan öyrənmək lazımdır. Futbolu yox, ...

Dünən İnzaqi də uduzdu, o gün Flik uduzmuşdu, ondan əvvəl isə Arni Slot. Bu nə təkəbbürdür, həmişə udmalısan?

Əcəb vəziyyət yaranıb, komandanın udmağı azarkeşlərini uduzmasından çox qıcıqlandırmağa başlayıb. Onlarla azarkeş tanıyıram ki, “Qarabağ”ın oyununa nənki getmir, heç baxmır da. Ona görə yox e onsuz da udacaq. Sadəcə eyni oyun, eyni tərz, eyni ifaçılar (simalar fərqli olsa da), eyni “qəhrəman və memar”, eyni transferlər, eyni müqaviləyə xitamlar, eyni outlet oyunçular, eyni oyunsonrası müsahibələr, eyni “oyunçularımdan razı qaldım”. Görəsən, niyə hesab edirlər ki, bizə bu “eynilər”i zorla yedirtməlidirlər? Heç olmasa yanına bir ketçupdan filandan da qoyun, ac qalmamaq üçün zəhərlənək də!

“Qarabağ”ın baş məşqçisinin məğlubiyyətə qıcığı məndə onun ətrafında formalaşdırılmış “mehdiliyi”, şəxsiyyətə pərəstişliyi, özünün bütün bunlardan zövq alması və qidalanması təəccübləndirmir. Əvvəl axır hamımız insanıq, bizə xasdır bu. Məni valeh edən odur ki, o, bu vəfasız, qeyri-şəffaf sistemin milli futbol təsərrüfatında bərqərar olmasında özünün fəal iştirakını ya malalamaq istəyir, ya bəlkə də özü bunu bilmir. Buna görə də məğlubiyyətə belə qıcıq etməsi adama gülməli gəlir.

Nə qədər ki, klub futbolu (federasiyanın vəziyyəti lap ağlamalıdır, onu qoyun kənara) bir adama bağlıdır, bundan artığını görə bilməyəcəyik. Situativ azarkeş 100 faiz ki, bunu anlaya bilmir, – amma “Qarabağ” Qurban Qurbanov demək deyil axı, hərçənd təəssüf ki, indi məhz belədir. ““Qarabağ” süni yaradılmış klub deyil. “Qarabağ” “bu şəhərdə, qəsəbədə futbol yoxdur” deyə yaradılmış komanda deyil. “Qarabağ” Ağdam boyda rayona, camaata bağlı bir fenomendir, Qarabağ hərəkatının simvollarından biridir, bomba altında futbol oynayan əfsanədir. Qarabağ” bir adamın şəxsi uğur və uğursuzluq hekayəsi olmamalıdır, özəl kapriz və ambisiyaları üçün laboratoriya qismində çıxış etməməlidir.

Dünyada indiki “Qarabağ” kimi bir şirkətə bağlı yüzlərlə komanda var, ən bariz nümunə - PSV. Elektrotexnika nəhəngi “Philips”in komandasıdır. Bəyəm orada baş məşqçi, oyun tərzi dəyişmir, ömürlük “zastoy”dur? Xeyr, sadəcə mədəniyyət var, mədəniyyət. Yalnız özünü düşünməmə mədəniyyəti, azarkeşi də fikirləşmək mədəniyyəti...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)