İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:11 | 14 iyun 2025 | Şənbə
Məqaləyə 487 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İzlədiyimiz müharibədə əsas rolu uzaqmənzilli raketlər və dronlar deyil, kəşfiyyat oynayır. Adamda elə təəssürat yaranır ki, sanki İsrail İranda hər adamın yanına bir agent təhkim edib. Səhər şərti general yüksək vəzifəyə təyin olunur, axşam iş yerində öldürülür. Yəni MOSSAD bu qədər dərinlikdə İran dövlətinin içinə sirayət edə bilib. Məncə, tək bu baxımdan İranın hazırkı müharibədə şansı yoxdur...
Sabiq prezident Əhmədinecat müsahibələrindən birində demişdi ki, kəşfiyyatın işini gücləndirmək üçün yeni rəhbər təyin etdik, az sonra məlum oldu ki, o da İsrailə işləyirmiş. Bu, faktiki olaraq o deməkdir ki,
1. İran rəhbərliyi bu acınacaqlı vəziyyətdən məlumatlı olub;
2. Bu vəziyyətin qarşısını ala bilməyib.
Belə bir reallıqda ortaya çox aktual sual çıxır: nə səbəbdən iranlılar İsrailə işləyirlər, yaxud işləyənlərin qarşısını ala bilmirlər?
Mən sizə deyim:
– kasıbçılıq;
– məhdudiyyətlər;
– azadlıqların boğulması;
– sosial ədavət və ədalətsizlik;
– xurafat və 21-ci əsrdə 14 əsr bundan öncənin doğmaları ilə yaşamaq məcburiyyəti;
– dini-siyasi elitanın etibardan düşməsi, özlərinin, övladlarının cahi-cəlalda yaşamaları, sıravi insanları isə müasir dünyanın nemətlərindən çəkindirmələri, qadağa qoymaları;
– ən nəhayət, internet və süni intellektin inkişafı. Ola bilməz ki, sən yeni texologiyalar əsasında hipersəsli raketlər istehsal edəsən, amma həmin texnologiyaların insanlara bəxş etdiyi sadə məişət yeniliklərindən yararlanmanı onlara qadağan edəsən.
5-6 il bundan əvvəl bankçılıq və iqtisadiyyatda süni intellektin tətbiqi mövzusunda araşdırmalar aparan Kris Skinerin “Rəqəmsal insan” kitabında oxuyanda ki, texnoloji tərəqqinin ən çox təsir edəcəyi sfera insan hüquq və azadlıqları olacaq, çox təəccübləndim – o hara, bunlar hara? İndi başa düşürəm... Həyat və qələbə rifah və tərəqqidədir.