vaxtlı-vaxtında oxuyun! Cümə, 25 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
Kallas körpüləri bərpa etməyə gəlir 11:27 | 25 aprel 2025 | Cümə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kallas körpüləri bərpa etməyə gəlir

Brüsseldəkilər Azərbaycanın ərazi bütövlüyünün bərpasını niyə həzm edə bilmirlər?

Rüstəm QARAXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Komissiyasının sədr müavini Kaya Kallas Azərbaycana gəlib. Şefi Ursula von der Leyendən fərqli olaraq bu xanım Azərbaycana münasibətdə neqativ nə iləsə gündəmdə olmayıb. Estoniyanın sabiq baş naziri olmuş Kayanın bu pozitiv aurası da Azərbaycana səfərə göndərilməsində başlıca rol oynayıb. Kallas yəqin ki, körpüləri bərpa etməyə gəlib.

Avrokomisiyanın yüksək rütbəli məmurunun Bakı səfəri olduqca mühüm proseslər fonunda baş verir: Prezident İlham Əliyevin Çinə tarixi səfəri baş tutub, İran və İsrail liderlərinin Bakıya səfərləri gözlənilir. Ancaq aydındır ki, Ursula Ukraynada müharibə başlayanda Bakıya qaz üçün gəlmişdisə, Kaya yol-logistika problemi ilə təşrif buyurub.

Bir müddət bundan öncə von der Leyenin başçılığı ilə AB-Orta Asiya sammitinin keçirilməsinin başlıca səbəbi də, Fransa prezidenti Makronun Özbəkistan və Qazaxıstana səfərləri kimi, nəqliyyat problemlərinə – Orta Dəhlizə həsr olunmuşdu. Britaniyanın baş naziri Starmer də Orta Asiyaya yollar üçün gəlir. Və bütün bu səfərlərin müsbət sonuclanması üçün başlıca yollar Azərbaycandan keçir...

ABŞ-AB gərginliyi yaxın illər ərzində çətin nizamlana. Çünki Ukraynadakı müharibənin başa çatacağını, yaxud Moskva-Kiyev qarşıdurmasının səngiyəcəyini yaxın illərdə gözləməyə dəyməz. ABŞ-də prezident səlahiyyətlərinin ən aktiv və effektiv müddəti də 3 ildir. Bir il seçki prosesinə həsr olunur. Bu 3 ildən sonra ABŞ-nin başına kim hansı gündəmlə gələcək, – müəmmadır. Bəlkə Trampın özü də qaldı. Odur ki, Avropa Birliyi (AB) üçün Çin həyati əhəmiyyətə malik istiqamətdir. Avropa artıq iqtisadi oriyentasiyasını şərqə – Çinə və məntiqlə, Qlobal Cənuba doğru dəyişir. Bu qlobal transformasiya isə güvənli yollarsız mümkün deyil.

Belə çıxır ki, Azərbaycanın II Qarabağ savaşındakı qələbəsi tək iki ölkə arasındakı münasibətlərin çözülməsi və regional əhəmiyyətli hadisə deyil. Bu gün Zəngəzur dəhlizi gündəmdə olmasaydı, yaxud Ermənistanın işğalı neytrallaşdırılmasaydı, hansı yollardan danışmaq olardı? Nəzərə alaq ki, AB-nin Gürcüstanla da münasibətləri korlanıb. Ona görə də çox maraqlıdır – Brüsseldə oturanlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini niyə həzm edə bilmirlər? Bu, geosiyasi anormallıq deyilmi?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)