İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:52 | 15 iyun 2025 | Bazar
Məqaləyə 242 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İran xarici işlər naziri Abbas Araqçı İranın nüvə silahından imtina etməyə hazır olduğunu bəyan edib. Nə baş verir?
“Yüksələn Aslan” əməliyyatı çərçivəsində non-stop rejimində İrana zərbələr endirilir. Son günlər ərzində 100-dən çox hərbi, o cümlədən nüvə infrastrukturuna zərbələr endirilib.
Son iki saat ərzində İsrail Müdafiə Qüvvələri Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır, zərbələrin hədəfi bu gün:
– İran Hərbi-Hava Qüvvələrinin qərargahı;
– Tehran polisinin qərargahı;
– İran Atom Enerjisi Təşkilatının qərargahı;
– Kəşfiyyat Nazirliyi;
– SEPAH-ın qərargahı;
– İran parlamentinin binası.
Tehranda SEPAH-ın Kəşfiyyat Təşkilatının binasına edilən hücum nəticəsində təşkilatın rəhbəri Məhəmməd Kazımi və onun müavini Həsən Mohəqqiq dağıntılar altında qalıb. Onların həyatda olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən “Shiraz Electronics İndustries” və PUA-ları (Şahed) istehsal edən İsfahan zavoduna da çox güclü zərbələr endirilib.
İsrail ordusu İranın şərqində yerləşən Məşhəd şəhərindəki Şəhid Haşimi Nejad Beynəlxalq Hava Limanında bir yanacaqdaşıyan hərbi təyyarəni hədəfə aldıqlarını bildirib.
İsrail tərəfinin verdiyi açıqlamaya görə, bu əməliyyat “İrana qarşı son bir həftədə keçirilən hava hücumları arasında ən uzun məsafəli” hava əməliyyatı olub. Təxminən 2,300 kilometr məsafəni qət edən təyyarələr Məşhədə çataraq hədəfi məhv edib.
İsrail bu əməliyyatı “Operation Rising Lion” (“Yüksələn Aslan” əməliyyatı) çərçivəsində həyata keçirdiyini bildirib.
O ki, qaldı Abbas Araqçının bəyanatına. İran indi nə desələr qəbul edər, amma artıq gecdir. İsrail faktiki olaraq İranın bütün hərbi infrastrukturunu məhv edir.