Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
10:22 | 1 iyun 2025 | Bazar
Məqaləyə 202 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Kurskda körpü uçub. Rusiyanın Belarus və Ukrayna ilə sərhədi yaxınlığında, Bryansk vilayətində körpü qatar relslərinin üzərinə düşüb. Klimovdan Moskvaya gedən sərnişin qatarının relsdən çıxması nəticəsində azı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.
Rusiya Dəmir Yolları hadisə ilə bağlı “Telegram” kanalında ilk mesajında körpünün “nəqliyyat əməliyyatına qanunsuz müdaxilə” nəticəsində dağıldığını bildirib. Lakin sonradan yazı silinib.
Rusiyanın “İnterfaks” xəbər saytının məlumatına görə, Bryansk qubernatoru körpünün çökməsinə partlayışın səbəb olduğunu açıqlayıb. Buna uyğun olaraq qubernator Aleksandr Boqomaz “388 sərnişini daşıyan Klimov-Moskva qatarı keçərkən körpü partladılıb”, – deyib.
Rusiya təhlükəsizlik və hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən tez-tez xəbərlər dərc edən Baza “Telegram” kanalı da körpünün “partlatıldığını” iddia edib. Lakin bu iddianı təsdiqləyən heç bir sübut təqdim edilməyib.
***
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz “Telegram”da 44 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb. Açıqlamaya görə, yaralananlar arasında 3 uşaq da var. Uşaqlardan birinin vəziyyəti ağırdır.
Boqomazın sözlərinə görə, Klimovodan Moskvaya gedən qatar Vıqoniçski rayonunda uçan körpü ilə toqquşub. Sözügedən ərazi Ukrayna sərhədindən təxminən 100 kilometr aralıdadır.
Rusiya Fövqəladə Hallar Nazirliyi də “Telegram”da açıqlama verərək, xilasetmə işlərinə 180 nəfərin cəlb edildiyini bildirib. Rusiya dövlət mediasının məlumatına görə, həyatını itirənlər arasında lokomotiv sürücüsü də var.
Sosial mediada paylaşılan görüntülərdə sərnişinlərin əzilmiş qatardan çıxmağa çalışdığı, yanğınsöndürənlərin isə sərnişinlərə çatmaqda çətinlik çəkdiyi görülüb.
***
Bundan başqa, Rusiyanın Kursk vilayətində körpünün uçması qatarın relsdən çıxmasına səbəb olub. Sözügedən hadisə Bryanskda azı 7 nəfərin öldüyü hadisədən saatlar sonra baş verib.
Bölgə qubernatoru Aleksandr Xinşteyn “Telegram”da açıqlama verərək, “Dünən gecə Jeleznoqorsk vilayətində yük lokomotivi keçərkən körpü uçdu. Qatarın bir hissəsi körpünün altından yola düşdü”, – deyib.