
Alternativləri yoxdur
Elvinlə Muradın transferini praqmatik qərar adlandırmaq olar
Elvinlə Muradın transferini praqmatik qərar adlandırmaq olar
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
Oyun tərzi ilə Kərəm Aktürkoğluna bənzədilən 19 yaşlı futbolçunun transferindəki cəlbedicilik
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
Seçim etmək lazım idi ...
Uşaq futbolunun ən böyük bu problemi
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
“Qarabağ”ın fövqəladə hallarda “B” planı yoxdur
... Yaxud oyundan daha maraqlı mətbuat konfransı
Azərbaycan futbolu üçün bir ilkə quruda olsa “sağol” demək lazımdır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ”ın bu mövsüm Avroliqada məğlubiyyətə uğratdığı yeganə komanda “Bode Qlimt” olmuşdu. Özü də səfər meydanında.
Təəssüf ki, sonradan Ağdam təmsilçisi bu uğurun davamını gətirə bilmədi və yarışı elə qazandığı bu 3 xalla da başa vurdu – həm də acınacaqlı faktdır ki, sonuncu 36-cı yerdə.
Bu bərbad nəticə komanda üçün bir imtahan oldu. Yəqin ki, baş məşqçi Qurban Qurbanov və məşqçi heyəti yeni mövsümə yeni qanla – yeni “Qarabağ”la daxil olacaqlar. Ümid edək, bununla həm də əvvəlki uğurlarını bərpa edəcəklər.
Bizə isə indi yalnız gözləmək qalır – əvvəlcə heyətə yaxşı əl gəzdirilməsini, müdafiənin, yarımmüdafiənin, ən çox da hücumun düzəldilməsini, sonra da avrokubokların başlamasını.
Hə, “Qarabağ”ın Avroliqada udduğu yeganə komanda “Bode Qlimt” oldu. Amma bizimkilərdən fərqli olaraq, Norveç təmsilçisi Avroliqada sonradan da əcdadları vikinqlərə xas mübarizliklə döyüşdülər, yarışı 9-cu yerdə başa vurub pley-off-a vəsiqə qazandılar. “Pley-off”da Niderland təmsilçisi “Tvente”ni üstələyib (cavab matçı 5:2, ilk oyun 1:2) 1/8 finala yüksəldilər.
1/8 finalın ilk oyunu da Bode təmsilçisi üçün əla sonluqla yekunlaşdı. 56 yaşlı Kyetil Knutsenin komandası dünən “Olimpiakos”u öz meydanında 3:0 hesablı ağır məğlubiyyətə uğradaraq 1/4 finalı özünə daha da yaxınlaşdırdı.
“Qarabağ”ın başqa bir tanış rəqibi olan Yunanıstan superliqasının hazırkı lideri bizimkilərin avrokubokdakı hələlik ən sonuncu rəqibi olub. Onlar da “Qarabağ”ı 3:0 hesabı ilə udmuşdular.
Bəli, “Bodo Qlimt” nəinki 1/4 finalın bir addımlığındadır, həm də Avroliqada bugünə qədər 36 komandanın hamısından çox qol vurub – 23 dəfə. Hücumçusu Kasper Heq isə 6 qolla bombardirlərin TOP-5-liyinə düşüb.
Beləliklə, “Bodo Qlimt” – Norveçin cəmi 48 min əhalisi olan kiçik şəhərinin komandası yaxşı oyunu, hücum futbolu, bol qolları ilə bu mövsüm Avropa futbolunun alqışını və rəğbətini qazanmaqdadır.
Necə ki, ötən mövsüm bunu bizim “Qarabağ” da edə bilmişdi və bu, nağıl deyil idi.
Davamı yenə və niyə də olmasın?