“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
            					
            	
                12:07 | 17 fevral 2022 | Cümə axşamı
                Məqaləyə 2600 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                İlk 8-ə düşmək möcüzə olar
                                “Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
                                Naşükür izləyicilərə tərs sillə
                                Bilbao səfərinə sözardı
                                Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
                                Soyuq başla analiz etmək lazımdır
                                5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
                                “Atletiko”da “Axillesin dabanları” haradır?
                                Mümkündür, amma inanmıram
                                ... Yaxud “Qarabağ” futbol sistemi
                                “Qarabağ”ın rəqibləri bəlli oldu
                                Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
                                Anar Məmmədxanovla bir söhbətin ardından
                                Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
                                Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
                                Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
“Marsel” bu mövsüm “Qarabağ”ın qarşılaşdığı ən çətin rəqib olacaq. Komanda hazırda Fransa Liqasında PSJ-dən sonra 2-ci yeri tutur. Heyətində çox güclü oyunçuları var. Çengiz Ünder (Türkiyə millisi), Arkadiuş Milik (Polşa), Dimitri Payet (Fransa), Bubakar Kamara, bugünlərdə Seneqal millisinin heyətində Afrika çempionu olmuş Pape Qeye, Bamba Dienq və sair. Oyunun favoriti “Marsel” olsa da, mənə elə gəlir ki, matçın taleyi Fransada deyil, Bakıdakı cavab oyununda həll olunacaq.
Bəs, “Qarabağ”ın şansı varmı?
Azərbaycan komandası indi tarixinin ən yaxşı dönəmini keçirir, oyundan oyuna inkişafa doğru gedir. Məlumdur ki, “Qarabağ” ilk dəfədir qrup səddini keçib. Qrupun oyunları dekabrda bitib, pley-off fevralda başlayır. Bu o deməkdir ki, rəqibi daha dərindən öyrənmək, təhlil etmək, matça yaxşı hazırlaşmaq baxımından baş məşqçi Qurban Qurbanovun 2 aylıq uzun bir vaxtı olub. İlk dəfədir ki, bir Azərbaycan klubunun avrokubokdakı matça hazırlığı üçün belə uzun zaman yaranıb. Ona görə də düşünürəm ki, hətta 1 qollu minimal hesablı məğlubiyyət belə, “Qarabağ” üçün pis nəticə sayılmamalıdır (heç-heçə və qələbə isə əsl sensasiya olar). Çünki cavab görüşü Bakıda olacaq və güclü azarkeş dəstəyi ilə də rəqibi keçmək mümkündür. Əsas odur ki, “Bazel”lə İsveçrədəki görüşdəki kimi nəticəyə təsir göstərən, böyük hesablı yenilgiyə gətirib çıxaran hakim səhvi olmasın...
Xoş məqam odur ki, rəqibin gücü, Fransada mümkün erməni təxribatının olacağına dair versiyalar komandanın fikrini oyuna kökləməkdən yayındıra bilməyib. Belə məsuliyyətli matçlar öncəsi bu, böyük psixoloji üstünlükdür. Qurban Qurbanovun dünənki mətbuat konfransında “komandama güvənirəm, istəkliyik” kimi inamlı, qətiyyətli açıqlaması da komandada ruh yüksəkliyindən xəbər verir.
Daha bir xüsusi məqama diqqət çəkmək istəyirəm. Neçə vaxtdır “Marsel”də futbolçularla baş məşqçi Xorxe Sampoeli arasında münasibətlər kəskinləşib, komanda daxilində gərginlik indi də davam edir. “Qarabağ”da isə əksinə həmişəki kimi güclü birlik var. Bu, “Qarabağ”ın lehinə işləyən faktordur.
Sonda bir narahatlığımı da qeyd edim. “Qarabağ”da Şahruddin Məhəmmədliyevin zədə səbəbindən oynamaması komandaya təsirini göstərə bilər. Güman ki, bu gün əsas qapıçı kimi meydana gürcüstanlı yeni transfer Luka Quqeşaşvili çıxacaq. Antalyada olarkən Lukanın oyunlarını izləmişdim. Yaxşı seyvləri olsa da, az səhvlər də etmədi. Bu, “Qarabağ”a yeni qoşulması, tam adaptasiya olmaması ilə də bağlı ola bilərdi. İnanmaq istərdim ki, narahatlığım əbəs olacaq və Luka ən yaxşı oyunlarından birini keçirəcək.