
“Qarabağ”ın məğlub etdiyi “Bode Qlimt”
İndi Avropa bizi yox, onu alqışlayır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
“Qarabağ”ın “Viktoriya” məğlubiyyəti hamımızı məyus edib. Amma bu, faciə deyil, idmanda olan və olacaq məğlubiyyətlərdən biridir.
Bəli, Çempionlar Liqasının qrupu “Qarabağ”ın əlinin içində idi, amma götürüb hədiyyə kimi verildi rəqibə. Hər iki qolda Şahruddinin bağışlanılmaz səhvləri oldu. Çıxmamalı olduğu topa çıxdı, çıxmalı olduğu topa çıxmadı. İlk qoldan sonra komanda psixoloji olaraq təmiz çökdü və bir də özünə gələ bilmədi. Amma necə deyərlər, insaf da yaxşı şeydir. “Qarabağ” Avropada bu mövsüm indiki mərhələyə həm də Şahruddinin inamlı, cəsarətli oyunları sayəsində gələ bilib. Parlaq oyunları və kobud səhvləri isə bir faktı dəyişmir: Şahruddin bu gün futbolumuzun birinci, bir nömrəli qapıçısıdır.
Hə, olan oldu. Və biz indi keçmişlə yaşasaq, yas qurub ağlasaq, irəli gedə bilmərik. Amma keçmişdən nəticə də çıxarmalıyıq. Komandada boşluqlar var. Bir cinah işləyirdi, o birisi yox. Rəqiblər gücləndikcə Toral səhvlər edir, çatdıra bilmir, hücuma köməyi az dəyir. Gənc oyunçudur deyə təcrübə azlığı hiss olunur. Ortada oyun qurucusuna ehtiyac günü-gündən artır. Dünən Almeyda meydanı məcburi tərk etdikdən sonra elə bil “Qarabağ”da qan dövranı dayandı. Sanki 33 yaşlı Almeydadakı güc, potensial onu əvəz edən 27 yaşlı Yankoviçdə yox idi.
Vadji ÇL-də 4 qol vursa da, mənə görə komandada mərkəz hücumçusuna ehtiyac hiss olunur. Bir sözlə, görünən və görünməyən boşluqlar doldurulmasa, Avroliqanın qrupunda komandaya əlavə problemlər yarana bilər. Həm də artıq rəqiblər “Qarabağ”a məhz “Qarabağ” kimi yanaşır, daha Azərbaycan futbolu kimi yox. Yəni hörmətlə, ciddiyyətlə… Komandanı yaxşı təhlil edir. Diqqət edin, Plzendə də, ondan əvvəl Bakıda da “Viktoriya” Zubirlə Kadiyə ayaqlarını açmağa imkan vermədi...
Amma bütün bunlar bir həqiqəti dəyişmir. Qurban Qurbanov Azərbaycanın ağır futbol şərtləri altında Avropada ciddi uğurlar əldə edir. Bu ölkənin çempionatında Gəncə kimi şəhərin komandası ev oyunlarını Mərdəkanda, Qəbələdə keçirir. “Turan” avtobus almaq üçün ianə toplayır. Yarışın səviyyəsi bərbad. Konfrans Liqasında 3 komandamızdan birinin təpəri, gücü çatmadı ki, qrupda oynasın.
“Qarabağ” da yetim uşaq kimi qalıb təkcə. Kimin, hansı klubun da nə azarı, yükü varsa, yükləyib onun üzərinə. Utanmaz-utanmaz da gözləyirlər ki, “Qarabağ” ÇL-in qrupuna düşsün, UEFA mövcud mükafatlanırma qaydasına əsasən, AFFA-ya, klublara bonus ödəsin.
Qurban Qurbanov isə özünün də, başqasının də yükünü güc-bəla aparıb mənzil başına çatdırır.
Yəni Çempionlar Liqasının pley-offuna, oradan da avrokubokların qrupuna. Bir deyil, iki deyil. Düz doqquz ildir.
Doqquz il...