
Futbolda “ketçup effekti”
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
Əfran İsmayılov şəstlə deyir ki, “bizim vaxtımızda Qazaxıstan və Belarusu rahatlıqla uda bilərdik”. Vaqif Cavadov və digərlərdi də eyni sözü təkrarlayır ki, “bizim vaxtımızda onları uda bilərdik”.
Amma statistikaya baxanda görürsən ki, Ə.İsmayılov 2010-2018-ci il aralığında millimizdə 40-a yaxın oyun keçirib. O cümlədən 4 seçmə mərhələnin də iştirakçısı olub. Həmin mərhələlərin sonunda millinin ən yaxşı göstəricisi bir dəfə, sürünə-sürünə 4-cü yeri tutmaq olub. Başqa vaxtlarda isə 5, ya 6-cı yer... Və bu “uğuru” indiyə kimi futbolçusu da, məşqçisi də, AFFA-sı da minnətlə camaatın başına vurur. Xəbəri olmayan da elə bilər ki, bu futbolçular gürcülər, ermənilər kimi qrupda ikinciliyə, üçüncülüyə kimi yüksəliblər.
Sizin – yəni Əfrangilin vaxtında həmin bu Qazaxıstan və Belarusdan da qat-qat zəif olan Lüksemburq vardı ki, indi də var. Bu ölkə o zaman FİFA-nın reytinqində bizdən bəlkə 50 pillə geridə idi. Amma Əfrangilin Azərbaycan millisi o vaxt həmin bu Lüksemburqu bir dəfə də olsun uda bilməmişdi. İndi bu bapbalaca Lüksemburq FİFA-nın reytinqində gəlib, bizi 36 pillə geridə qoyub.
Özüm Lüksemburqun futbol infrastrukturunun canlı şahidiyəm. Bizim hətta “Səbail”in stadionuna həsəd apara bilərlər. “Düdelanj”ın baş məşqçisi mətbuat konfransını stadionun nimdaş stol və stulları olan bufetində keçirirdi. Hələ futbolçularının gəlirlərinin bizimkilərdən 4-5 dəfə aşağı olmasını demirəm. Amma Qurban Qurbanovun sözü olmasın, Avropa beş irəli gedir, biz bir geri.
Buna baxmayaraq, nağıl uydurmaqda pərgarıq. Ümumiyyətlə, kim necə, hara qədər bacarırsa, insanları dolamaqla məşğuldur. Futbolçusu deyir, “bizim vaxtımızda Qazaxıstan və Belarusu rahatlıqla uda bilərdik”. Məşqçi Canni de Byazi qırmızıca bildirir ki, millidə inkişaf var. O inkişaf deyir, AFFA-nı idarə edənlərin də beyninə girir bu fikir.
Ona görə də Rövnəq Abdullayevgilin dəstəsi elə onun təbirincə desək, bu fikirdədir ki, De Byazini qavalasağ, yerinə kimi gətirəcəyik...