
Dağ adamın “əriməsi”
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
Müsbət məqam odur ki, uğurlara baxmayaraq, “Qarabağ”da rahatlaşma, futbolçularda özündənrazılıq hissi yoxdur. Yəni komanda hər oyuna sanki final matçı kimi yanaşır. 3:0 hesabı ilə irəlidə olduqları görüşdə belə, final fiti səslənənə qədər oyuna münasibətdə ciddiyyəti itirmirlər. Bu isə Qurban Qurbanovun oyunçularla daimi söhbətləri, onlara psixoloji təsiri ilə birbaşa bağlı faktordur.
Mən bu fikri ötən ilin yayından bir neçə dəfə səsləndirmişəm: “Qarabağ” tarixinin ən güclü mərhələsinə qədəm qoyub. Hətta 2017-ci ildə Çempionlar Liqasının qrupuna düşdüyü vaxtda belə, komandada bu qədər güc, mükəmməl və yaradıcı oyun sistemi, qarşılıqlı anlaşma olmayıb. Rəqibin kimliyindən asılı olmayaraq, komanda hücum futbolu oynayır. Qrupun 3 oyununda 7 qol vurub. Özü də böyük futbol ölkələri sayılan Almaniya, Fransa və Yunanıstan təmsilçilərinin qapısına. Bu, orta hesabla hər oyuna 2 qoldan çox deməkdir. Biz əvvəllər belə komandalarla görüşdə 1-2 qol buraxaraq uduzmadığımıza şükür edərdik. Bu gün isə Ağasəlim Mircavadov zarafatla deyir: “Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”. Bu fikrin alt qatında qətiyyən hər hansı pis niyyət yoxdur. Sadəcə, görün, bir klubumuz Avropada artıq hansı yüksək mərtəbəyə gəlib çatıb.
Diqqəti bir məqam da çəkir. Hər mərhələdən mərhələyə, turdan turda komandanın oyun baxımından daha da irəli getdiyini görə bilirik. Mən şübhə etmirəm ki, bu, 50 yaşlı Qurban Qurbanovun indinin özündə belə öz üzərində daimi çalışması, futboldakı taktiki yenilikləri dərindən mənimsəməsi sayəsində baş verir.
Odur ki, indiyə qədər gördüklərimiz son deyil və biz “Qarabağ”dakı inkişafı, davamlı və daha yüksək uğurları bundan sonra da görə biləcəyik. Əsas odur ki, futbolçular zədələnməsin. Çünki 1-2 oyunçunun zədələnməsi bütün oyun sisteminə zərər vurur.
Sonda bir məqam. Gedişat onu göstərir ki, “Qarabağ”ın yarışdığı Avropa Liqasının G qrupunda liderliyin taleyi Bakıdakı son oyunda (3 noyabr) həll olunacaq. Həmin gün Ağdam klubu qrupun hazırkı lideri “Frayburq”u qəbul edəcək. İlk matçda “Qarabağ” səfərdə uduzsa da (1:2), alman mütəxəssislər özləri də etiraf etdilər ki, oyunun ədalətli nəticəsi heç-heçə olardı. “Qarabağ”ın bu mövsüm sərgilədiyi oyunlar, komandadakı hazırkı yüksək psixoloji durum ona ümid etməyə əsas verir ki, komanda nəinki ikinci yeri tuta, hətta qrupu lider kimi başa vurub Avropa Liqasında 1/8 finala birbaşa vəsiqə qazana bilər...