
Premyer Liqa süni örtükdən xilas olur
Uşaq futbolunun ən böyük bu problemi
Uşaq futbolunun ən böyük bu problemi
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
“Qarabağ”ın fövqəladə hallarda “B” planı yoxdur
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
“Qarabağ”ın bugünkü oyunu 4 il əvvəl baş vermiş məzəli bir əhvalatı yadıma saldı. Deməli, komanda Avroliqanın qrupunda Kiyevdə “Dnepr”ə 1:0 qalib gəlib. Bakıdakı cavab oyunu günü səhər ictimai-siyasi saytlardan bir xanım zəng etdi. Sayt üçün sorğu idi. Hiss olunurdu ki, futboldan anlayışı yoxdur. Bir-iki sual, axırda soruşdu ki, bəs, bugünkü matçdan nə gözləyirsiniz, rəqib üzərində üstünlüyü nədir “Qarabağ”ın?
Cavab verdim ki, xüsusi bir üstünlüyü yoxdur, əksinə Ukraynadakı oyundan fərqli olaraq, bu oyun daha ağır olacaq, xal itirmək ehtimalı da az deyil (“Qarabağ” həmin oyunda uduzdu). Sonda dedim ki, “Qarabağ”ın rəqibi üzərində yeganə bir üstünlüyü var ki, bugün meydanda 12 oyunçu ilə olacaq və həmin “12-ci oyunçu” da tribunadakı 30 min azarkeş olacaq (bilməyənlər üçün – futbolda klassikləşmiş “12-ci oyunçu” termini azarkeşə aid edilir).
2 saat sonra həmin sayta baxdım ki, bu cümləmin belini qıraraq və “30 min azarkeş” hissəsini çıxararaq bu formada yazıblar: “Qarabağ” “Dnepr”dən fərqli olaraq, meydana 12 oyunçu ilə çıxacaq...”
İndi bu məzəli əhvalatdan gələk ciddi məsələlərə.
Hiss olunur ki, bəzi azarkeşlərimizdə nəsə bir narahatlıq var. Bu da təbiidir. BATE-nin adı, bir neçə dəfə Çempionlar Liqasının qrupunda oynaması kimlərdəsə nəticəyə görə bir az qorxu yaradır. Amma BATE əvvəlki BATE deyil, komandada problemlər çoxdur. “Qarabağ”a gəlincə, dünən qeyd etmişdim, komandanın oyununda inkişaf hiss olunur, alınan yeni legionerlərin oyun səviyyəsi gələcəyə nikbin baxmağa əsas verir.
Dünəni unudub, sabaha ümidlə, inamla yanaşmaq lazımdır. Almeyda, Pedro gedib deyə yas saxlayıb ağlaşmanı davam etdirməyin vaxtı deyil indi. Hər nə qədər səviyyəli oyunçular olsalar belə, Almeyda və Pedro Ronaldo da Messi kimi superulduz yox, Avropanın ortabab futbolçularıdır. Elə futbolçular da tez-tez yetişir...
“Qarabağ” getdikcə formaya düşür, bu gün fərqli, daha yaxşı bir komanda görəcəyimizə şübhə etmirəm. Pafos filan deyil. Sadəcə, keçmişlə yaşamağın bir mənası yoxdur. Hər şey yaxşı olmalıdır.
Həm də ona görə ki, “Qarabağ” bu gün də meydanda 12-ci oyunçu ilə olacaq.