Kreml Kiyevi vurmaqla hədələdi
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
18:35 | 7 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1843 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Kiyevin mərkəzi hissəsini, Olimpiya stadionunun yaxınlığını insan seli bürüyüb. Müxalifət lideri Viktor Yanukoviçin tərəfdarlarıdır və təbii ki, futbola baxmağa gəlməyiblər, hökumətə qarşı etiraz yürüşünə çıxıblar.
2022-ci ilin rus işğalına hələ düz 15 il var. Onda kiminsə ağlına gələ bilərdimi ki, bir şəxsin siyasi hikkəsi, imperiya qurmaq niyyətinə görə bu xalqlar, ölkələr arasındakı qardaşlıq, dostluq münasibətləri düşmənçilik səviyyəsinə keçəcək, rus əsgəri öz tankı ilə həmin bu Kiyevin qapısı ağzına dirənəcək, uşaq-yaşlı demədən Ukraynanın şəhərlərində hətta günahsız insanların belə qanını tökəcək?
2007-ci ilin yazıdır.
Kiyevə və Ukraynaya ilk gəlişimdir. Polislər etiraz aksiyasını sakitcə müşayiət edirlər. Bir zabitə yaxınlaşıb gedəcəyim ünvanı soruşuram.
“Deyəsən, burada yaşayan deyilsiniz” – deyib hörmətlə soruşur. Bakıdan gəldiyimi biləndə isə nəzakətlə deyir: “Gəlin, sizə yolu göstərim”. Bir qədər getdikdən sonra gedəcəyim oteli nişan verir və məni hörmətlə yola salır. O vaxta qədər beynimdəki tipik, yekəxana polis obrazını ilk dəfə öz kübar davranışı ilə dağıdan bu ukraynalı balası olur.
Bax bir ölkəni, bir xalqı başqa xalqlara, insanlara bağlayan bəzən belə kiçik nüanslar, amma yüksək mənəvi dəyər kəsb edən addımlar olur. Sonra xırda hesab etdiyimiz hər belə anlar, xatirələr üst-üstə yığılaraq bizim daxili dünyamızda uca bir məqama yüksəlir, sevgi qazanır: Ukrayna zirvəsi və o zirvənin tacı olan Ukrayna sevgisi…
***
Şuşanı azad etdiyimiz gündür. 2020-ci il noyabrın 8-i Maksimdən telefonuma mesaj gəlir. Maksim ukraynalı dostlarımdan biridir. Xarkov şəhərindəndir. Ailəsi ilə Bakıda qonağım da olub, mən də onların qonağı olmuşam. Mesajında yazır: “Burada hamı Azərbaycan xalqının qəhrəmanlığından, ləyaqətli, kişi kimi mübarizə aparmasından danışır. Bütün dostlar adından sizə afərin deyirik və Azərbaycanın yanındayıq”.
Qəribədir, ilyarım sonra təxminən eyni sözləri bu dəfə telefon zəngimdə mən də ona söyləyirəm. Həmişə şən əhval-ruhiyyədə gördüyüm Maksimin səsindən ovqatının, təbii ki, çox pis olduğunu hiss edirəm. Minlərlə ukraynalı kimi onun şəhəri Xarkov da hər gün bombalanır, tanışlarını, yaxınlarını itirir.
İstər-istəməz Ağdamı xatırlayıram. Başımıza raketlərin yağdığı 1992-93-cü illəri. Uşaqlıq dostlarımı, yaxınlarımı itirməyimi. 28 il davam edən işğaldan sonra yenidən Ağdama getməyimi. Daşı-daşı üstə qalmayan şəhərimə qovuşmağımı… Və dağıntılar altında qalan şəhərə gedib böyüdüyüm evimizi tapa bilməməyimi.
Maksimə deyirəm ki, indi biz həm də dərd, kədər dostlarıyıq. Tutulur…
***
Bugünlər çoxumuz kimi mənim də fikrim-zikrim bütünlüklə Ukraynadakı hadisələrə köklənib. Futbolu, idmanı indi ötəri izləyirəm desəm, daha səmimi olar. Baxıram, Rusiyaya qarşı sanksiyaların ardı-arası kəsilmək bilmir - beynəlxalq ictimai-siyasi qurumlar, hətta idman təşkilatları, FİFA və UEFA belə…
Sonuncuların Rusiya komandalarını Avropa yarışlardan uzaqlaşdırmaq qərarı müzakirə olunur. Hə, təcrübədə belə bir qərar olmayıb, amma bu, artıq idman məsələsi deyil, ləyaqət, şərəf məsələsidir. Sən hər gün Avropanın böyük bir ölkəsində günahsız insanları qır, evləri, binaları dağıt, şəhərləri, kəndləri viran qoy, sonra da heç nə olmamış kimi Avropada təşkil edilən yarışlara qatıl, orada bayrağını dalğalandır, idmandan özünəbəraət meydanı kimi istifadə et. Belə şey ola bilər?
Dünən Ukraynadakı bir köhnə tanışıma göndərdiyim mesaja bu gün cavab alıram. Üzrxahlıqla qeyd edir ki, internetim yox idi. Halını xəbər alıram. Tüküm biz-biz olur. Yazır ki, “yaxşıyam, amma bildiyin kimi sığınacaqda qalıram və… iki gündür yeməyə çörək tapa bilmirəm”.
Məzlum insanları belə dözülməz hala salan dövlətin komandaları hansı haqla idman yarışlarına buraxılmalıdır?
Və…
…Bakıda yaşayan yaxınımdan soruşuram ki, ukraynalı qohumlarından nə xəbər var? Məyus-məyus deyir ki, hərəsi başqa-başqa şəhərlərdədir. Ən çox yaşlı qayınanasına görə narahatdır. Yaşlı qadın başına bombalar yağan şəhərdə təkcə qalıb. Bakıya gəlməyi isə heç ağlına da gətirmir. Səbəbi ilə maraqlanıram. Deyir, Ukraynadan çıxmaq istəmir.
Onda başa düşürəm ki, bu ahıl qadın əslində orada heç tək də deyil. Mənəvi Anası və Mənəvi Övladları da yanındadır – Vətəni Ukrayna və qəhrəman Ukrayna əsgərləri. Və bu qadın od-alov içərisindəki şəhərdə hər gün sığınacaqdan evinə gedir, peraşki bişirir, sonra da küçə-küçə gəzərək onu hərbçilərə paylayır…
Bu gün Rusiya ordusuna qarşı cəsarətlə döyüşən belə anaların böyütdüyü övladlardır.