vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
İnkişaf nağılını sonu 11:10 | 26 mart 2025 | Çərşənbə Məqaləyə 89 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnkişaf nağılını sonu

Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında 8-ci matçda 7-ci məğlubiyyətlə üzləşdiyi vaxtda Özbəkistan millisi dünya çempionatının qapısını döyür.

Növbəti turda Özbəkistan ən yaxın izləyicisi Birləşmiş Ərəb Əmirlikləri ilə səfər matçında 1 xal qazansa, mundiala vəsiqəni təmin edəcək. Əks halda son turda evdə Qətərə qalib gəlmək lazım olacaq. Yəni istənilən halda Özbəkistan DÇ-2026-da oynamağa çox yaxındır.

Bu baş versə, Özbəkistan Türkiyədən sonra dünya çempionatlarında oynayan ikinci türkdilli ölkənin komandası olacaq.

Başqa bir türkdilli ölkə isə bizik. Son 20 ildə Azərbaycan millisinin dəyişən baş məşqçiləri və federasiya rəhbərliyi “zaman-zaman” bəhanəsi etdilər. İnkişaf nağılının sonunda milli komandamızı gətirib yerin dibinə soxdular. Yəni Millətlər Liqasında ən uğursuz 6 komandanın yer aldığı D liqasına…

20 əvvəl Özbəkistan doğulan Xusanov isə indi “Mançester Siti”də oynayır, Özbəkistan millisi dünya çempionatının bir addımlığındadır.

Bizim futbolçularımızı (həm də futbol sistemimizi) isə nəyi var, necə varsa, meydanda o başa, bu başa sürüyürlər. Dünən Belarusla oyunda buna bir daha şahid olduq.

… Və bu komanda sabah Fransaya qarşı oynayacaq. Bu məqamda məşhur 0:10 hesabı yada düşdü…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)