
“Bazalarımızın ərazisini bizə verin”
Tramp dünyanın o başından da torpaq istəyir
Tramp dünyanın o başından da torpaq istəyir
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Amazon meşələrindəki fəlakətdə geri sayım
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Cənubi Koreya artan miqrant axınına qarşı inteqrasiya sürətləndirilir
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Daha bir Şimali Koreyalı cənuba keçdi
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
ÜDM göstəriciləri gözləntiləri üstələdi
Cənubi Koreya rəsmiləri bu həftə danışıqlar üçün Vaşinqtona gedir
Avropada meşə yanğınları Lüksemburq böyüklükdə ərazini məhv edib
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
“Netflix” fenomenindəki qorxunc maskaların arxasında gizlənən simvollar və mümkün mənalar
Cənubi Koreyanın Kyonqsan əyalətlərində martın 21-dən bəri davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya, xəsarət alanların sayı isə 19-a çatıb. Alovla mübarizənin davam etdiyi bildirilib. Quru hava və külək səbəbindən alov sürətlə geniş əraziyə yayılıb. Cənubi Koreyanın daxili işlər və təhlükəsizlik üzrə müvəqqəti naziri Ko Ki-donq dünən verdiyi açıqlamada yanğınsöndürmə işlərinin davam etdiyini, lakin dəyən ziyanın artdığını bildirib.
Cənubi Kyonqsan əyalətində başlayan və qısa zamanda Şimali Kyonqsan əyalətinə yayılan meşə yanğınları nəticəsində zərərçəkənlərin sayı durmadan artır. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, alov Şimali Kyonqsan əyalətinin Uiseong bölgəsindəki qədim Qounsa məbədini də məhv edib. Ümumi ən azı 15 min hektara qədər kül olub. Bildirilib ki, yanğın təhlükəsi səbəbindən 5500 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Ölkənin Ədliyyə Nazirliyi həmçinin Şimali Kyonqsan əyalətindəki həbsxanada olan 500-ə yaxın məhbusun yanğın təhlükəsi səbəbindən təhlükəsiz bir müəssisəyə köçürüldüyünü açıqlayıb. Bildirilib ki, 5 min hərbçi və 146 helikopterin dəstəyi ilə yanğınsöndürmə işləri davam etdirilir.