
Futbolda “ketçup effekti”
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
AFFA-da əcnəbilərin “təmizlənməsi” prosesi başlayıb. Bu həftə ərzində federasiyanın iki “sevimli kadrı” ilə müqavilə yenilənməyib. 3 gün əvvəl U-21 millisinin baş məşqçisi serb Milan Obradoviç, bu gün isə Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxliklə yolların ayrıldığı açıqlanıb. Sonuncunun rəhbərliyi dövründə hakimliklə bağlı əsasən AFFA-dan asılı olmayan klublar tərəfindən ciddi narazılıqlar vardı. Ştuklikin dönəmində ən böyük haqsızlıqlardan biri də gənc FİFA hakimimiz Əliyar Ağayevə qarşı olub.
Təsəvvür edin, 34 yaşlı bu hakimimizə hətta Yunanıstanda inanırlar, ona Avropanın səviyyəli liqalarından birinin prinsipial oyunlarına davamlı təyinatlar verirlər, Azərbaycanda isə ən aşağı səviyyəli oyunlara göndərirlər. Vacib matçların təyinatı isə cəmi 1 ay əvvələ kimi Ştuxlikin adamlarına həvalə olunurdu.
Ən diqqət çəkən məsələ isə budur ki, niyə qəfildən bu xaricilər istefaya göndərilməyə başlayıb? Axı, düz 14 ildir AFFA-nın rəhbərliyi “əcnəbi virusuna” yoluxmuşdu. Hələlik ehtimal edə biləcəyimiz iki versiya var:
1. Artıq AFFA-ya pul ayıran SOCAR-ın yeni rəhbərliyi futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayır.
2. AFFA-nın büdcəsi xeyli azalıb deyə bahalı müqavilələri olan yararsız əcnəbilərlə yollar ayrılır.
Səbəb nə olursa olsun, son iki qərar heç bir halda Azərbaycan futbolunun ziyanına işləməyəcək. Ümumiyyətlə, futbolumuzda yerli parazitlərin sayı əcnəbilərdən qat-qat çoxdur. Həm federasiyada, həm də federasiyanın klublarında. Güman etmək olar ki, növbə onlara da yaxınlaşır. Yoxsa yayın bu istisində qorxularından niyə titrəsinlər ki?