vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 mart 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
Kubaya yardım daşıyan katerlər itib 22:42 | 27 mart 2026 | Cümə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kubaya yardım daşıyan katerlər itib

Axtarış-xilasetmə əməliyyatları başlayıb

ATİLLA, VAXT.AZ

Meksika Kubaya humanitar yardım daşıyan iki mülki katerin itkin düşdüyünü açıqlayıb.

Vaxt.az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri sözçüsünün bildirdiyinə görə, İsla Muxeres adasından yola çıxan və 24–25 martda Kubaya çatması gözlənilən katerlərdən hələ xəbər alınmayıb.

Açıqlamada qeyd edilib ki, katerlərdə müxtəlif ölkələrdən ümumilikdə 9 nəfər olub. Meksika donanması itkin katerləri tapmaq üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.

“Katerlər ilə hələ heç bir əlaqə qurula bilməmişik. Meksika dövləti, dənizdə insan həyatı üçün məsuliyyət çərçivəsində aid protokolları dərhal işə salıb. Sözügedən katerlər, Kubadakı iqtisadi vəziyyətin pisləşməsi və ABŞ-ın neft embarqosuna qarşı adaya humanitar yardım çatdırmaq məqsədilə təşkil olunmuşdu. Katerlərdə 2 qadın, 6 kişi və 3 yaşlı bir qız uşağı olub", – deyə Meksika Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.

Açıqlamada vurğulanıb ki, İsla Muxeres ilə Havana arasındakı təxmini marşrut, mümkün marşrut dəyişiklik nöqtələri, ərazidəki meteoroloji şərait və güclü dəniz axınları nəzərə alınıb. Eyni zamanda, itkin katerlərin tapılmasına dəstək vermələri üçün Karib dənizi və Meksika Körfəzi bölgəsində fəaliyyət göstərən ticarət, balıqçılıq və turizm gəmilərinə çağırış edilib.