Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
10:44 | 12 iyun 2025 | Cümə axşamı
Məqaləyə 347 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Nogent şəhərindəki kollecdə baş verən faciə ümummilli məsələyə çevrilib. Səhər saatlarında məktəbin qarşısında çanta yoxlaması zamanı 14 yaşlı şagird qadın nəzarətçini bıçaqlayaraq öldürüb. Bu hadisə təhsil ocaqlarının, xüsusən də silah gəzdirən tələbələrin təhlükəsizliyi ilə bağlı narahatlığı yenidən artırıb. Səlahiyyətlilər məktəblərdə detektor qapılar quraşdırmaq qərarına gəliblər.
Fransanın baş naziri Fransua Bayru hadisədən sonra Milli Assambleyadakı çıxışında bıçaq gəzdirməyin tələbələr arasında adi hala çevrildiyini vurğulayıb. Bayrou, təhlükəsizlik tədbirlərini artırmaq üçün məktəblərdə silahları aşkar edən detektor qapılarının quraşdırılması üçün pilot tətbiqin işə salınacağını açıqlayıb.
***
Daxili işlər naziri Bruno Retayo, baş nazirin detektor qapısı təklifinin yetərli olmayacağını deyib: “Bu portativ cihazlar keramika bıçaqlarını aşkar edə bilməz”. Retayo təkcə təhlükəsizlik tədbirlərinin kifayət etməyəcəyini deyib.
Bu təklif əvvəllər xüsusilə ifrat sağçı partiyalar tərəfindən gündəmə gətirilmişdi. Bununla belə, təhsil birlikləri bu cür tədbirlərin effektli olub-olmayacağı ilə bağlı narahatlıqlarını bildiriblər.
***
UNSA Təhsil Birliyindən Məhəmməd Attia, bu tətbiqlərinin bəzi bölgələrdə sınaqdan keçirildiyini, lakin ümumiyyətlə təsirsiz olduğunu söylədi. Attia xatırladıb ki, oxşar sistemlər ABŞ-da tez-tez istifadə olunur, lakin asanlıqla yayınmaq olur və daimi bir həll təklif etmir.
***
Attia vurğulayıb ki, zorakılıqla mübarizədə təkcə təhlükəsizlik tədbirləri deyil, təhsilə daha çox investisiya qoyulmalıdır. “Zorakılığın səbəbləri ilə mübarizə aparılmalıdır. Böhranların idarə edilməsi, qeyri-zorakı ünsiyyət və cəmiyyəti sakitləşdirmək lazımdır”, – deyib.
O, həmçinin 2012-ci ildə istifadəyə verilən, lakin cəmi 500 nəfərlə məhdudlaşan “təhlükəsizliyə dəstək işçisi” tətbiqinin qeyri-kafi olduğunu və belə sosial layihələrin genişləndirilməsinin vacibliyini bildirdi.
***
Həmkarlar ittifaqının fikrincə, təkcə çantaların yoxlanılması kifayət etmir. Əslində, Nogentdə insident çanta yoxlaması zamanı baş verib. Attia, köməkçi təhsil işçilərinin çantaları yoxlamaq səlahiyyətinin məhdud olduğunu və bu işi yalnız dövlət məmurlarının edə biləcəyini deyib.
Məktəblərdə polisə daha çox vəzifə verilməsi mübahisəli həll yolu olsa da, bu, şagirdlərin psixologiyasına mənfi təzyiq yarada biləcəyi ilə də tənqid olunur.