vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
“Sirk əsl incəsənətin son dayanacağıdır” 15:28 | 20 oktyabr 2025 | Bazar ertəsi Məqaləyə 74 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sirk əsl incəsənətin son dayanacağıdır”

Məşhur şəxslərin aforizmləri və sitatları

YAŞAR

MÖVZU İLƏ ƏLAQƏLİ

VAXT.AZ məşhur şəxslərin söylədiyi aforizmləri sitatları təqdim edir.

“Gözəl vaxtlarını yada salanda sənə elə gəlir ki, ondan sonra həyatında heç nə baş verməyib”.

***

“Məhəbbət iki zəif insanın görüş anıdır”.

***

“Kişi qadını daha çox tanıdıqca, onun barəsində təsəvvürü bəsitləşir”.

***

“Paris insanların məskunlaşdığı bir səhradır: əyalət şəhəri, dörd bir yanı qələbəlik olan tənhalıq”.

***

“Sirk əsl incəsənətin son dayanacağıdır”.

***

“Diktaturanın yeganə üstünlüyü, səni seçkilərin nəticələrini bilmək üçün saatlarla radioqəbuledici qarşısında oturmaq əzabından xilas etməyidir”.

***

“Ən baha başa gələn qadın, özünü satmayan qadındır”.

***

“Narkomanlıq uzunmüddətli ölüm həzzi yaşamaqdı”.

***

“Sevmək başqaları üçün görünməz olan möcüzəni görməkdir”.

***

“Hansısa inanc naminə ibadət etmək lazım deyil, ibadət et ki, inanasan”.

***

“Bəzi insanlar Tanrıya bütün ağır işləri onların əvəzinə görəcək bir xidmətçi kimi baxırlar”.

***

“Xristian Dostoyevskinin əsərləri Prustun əsərlərindən daha yüksəkdə dayanır. Çünki Dostoyevski öz cinayətkar və fahişə qadınlarını alçaltsa da, onları artıq öz günahını yumuş məxluq kimi görür”.

***

“...Yeri gəlmişkən, heyrətamiz bir məsələ var: biz Floberi və Stendalı nə qədər sevsək də (Tanrı şahiddir ki, mən onları nə qədər sevirəm!), hiss edirik ki, Tolstoy və Dostoyevski onlardan daha dərindi. Çünki hər iki rus yazıçısı başqalarının bilmədiyi sirdən agahdır”.

***

“Məni Berdyayevə heyrətləndirən, bu inqilabçının mahiyyət etibarilə Tolstoyun, xüsusən Dostoyevskinin, müəyyən qədər də İbsen və Nitsşenin təsiri altında olmasıdır. Materialist rasionalizm onun üçün qəbulolunmazdı və o, bunu alınmamış cəhd hesab edir. Hələ marksist olduğu dönəmlərdə o, mənim inandıqlarıma inanırdı. O, Məsihlə birlikdə idi; hesab edirdi ki, Oktyabr inqilabı “rus mədəniyyətinin yüksək dəyərlərinə qarşı əsl qətliam” həyata keçirib. O, hətta cürət edib belə yazmışdı: “Lenin fəlsəfi və mənəvi baxımdan dəhşətli dərəcədə geridə qalmış bir adamdır”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)