vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
“İnsan – öz keçmişinin cəmidir” 17:37 | 15 yanvar 2026 | Cümə axşamı Məqaləyə 137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnsan – öz keçmişinin cəmidir”

Folknerin aforizmləri

VAXT.AZ məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin (1897–1962) aforizmlərini təqdim edir.

“Ağrı hissi ilə hissizlik arasında seçim etməli olsam, ağrını seçərəm”.

***

“Nə qədər ki canınızda sahili gözdən itirmək qorxusu var, uzaqlara üzə bilməzsiniz”.

***

“Dürüstlük, həqiqət naminə ədalətsizliyə, yalana və tamahkarlığa qarşı səsinizi qaldırmağa qorxmayın. Əgər bütün insanlar buna riayət etsəydi, dünya başqa cür olardı”.

***

“Kim bilir, neçə dəfə yağışlı gündə özgə dam altında uzanıb öz evimi düşünmüşəm”.

***

“Mən pis insanam, cəhənnəmliyəm, amma vecimə də deyil. Cəhənnəmdə olmaq sənin yanında olmaqdan daha yaxşıdır”.

***

“Həyat – qorumalı olduğumuz mülkiyyət yox, başqaları ilə paylaşmalı olduğumuz mükafatdır”.

***

“Qorx. Bunsuz keçinmək mümkün deyil. Amma qorxaq olma “.

***

“İnsan – öz keçmişinin cəmidir”.

***

“Nə qədər kədərli olsa da, insan hər gün səkkiz saat yalnız işləyə bilər. Təəssüf ki, hər gün səkkiz saat sərasər nə yeyə, nə içə, nə də sevişə bilərsən”.

***

“İnsanın ürəyinə təpər verib onu yaşamağa həvəsləndirmək yalnız yazıçıya məxsus imtiyazdır”.

***

“Şər – məğzi etibarı ilə hərəkətli, xeyir – hərəkətsizdir”.

***

“Şərə mərhəmətlə, xeyirə xeyirlə qarşılıq ver”.

***

“Şərə – hələ iyini almadan cavab verməyə hazır olmalısan”.

***

“Şəri hətta bir baxış da əridə bilər”.

***

“Ən təhlükəlisi alkoqolu tənhalıqla qarışdırmaqdır”.

***

“Keçmiş ölü deyil. Əslində, heç keçmiş də deyil”.

***

“Hətta yalançını da elə qorxutmaq olar ki, həqiqəti deyər. Necə ki, dürüst adamdan da yalanı dartıb çıxarmaq olar”.

***

“İnsanı ləyaqətindən çox, qüsursuzluğuna görə sevirlər”.

***

“Əziz Tanrı, icazə ver, bir az da artıq lənətlənim”.

***

“Nəyə nail ola biləcəyinizdən də artığını arzulayın və ona can atın. Öz sələflərinizdən və müasirlərinizdən yox, özünüzdən yaxşı olmağa çalışın”.

***

“Qorxu – sənin yaşadığına dəlalət edir. Həyat – qorxuya görə nədənsə imtina etməkdir”.

***

“Heç vaxt köhnəlməyən yeganə mövzu – insan xarakteridir”.

***

“Mən Tanrıya inanıram. İlahi, mən Tanrıya inanıram”.

***

“Pis viski olmur, sadəcə, onun bəzi növləri o birilərindən daha yaxşıdır”.

***

“Rəssamın tənqidçilərə qulaq asmağa vaxtı yoxdur. Necə ki, yazıçı olmağa can atanlar resenziyaları oxusalar da, ədəbiyyat yaradanlar onu oxumağa vaxt tapa bilmir”.

***

“Likör süzmək kitab yandırmağa bənzəyir”.

***

“İnsan gözlədiyi pulun həvəsi ilə uzun müddət yaşaya bilər”.

***

“Bura azad ölkədir. İnsanların mənə məktub yazmaq, mənim də onlara cavab vermək hüququm var”.

***

“Kişilərin əksəriyyəti onlara yaradılan şəraitin müqabilində daha artığını eləyir”.

***

““Yazıçı” olmayın, sadəcə, yazın”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)