vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
Parasetamol pensilin göbələyi ilə çirkləndi 16:09 | 10 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 39 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parasetamol pensilin göbələyi ilə çirkləndi

Milyonlarla insanın istifadə etdiyi reseptsiz dərmanlar yığışdırılır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada tez-tez istifadə edilən, reseptsiz satılan ağrıkəsici parasetamolun bəzi partiyaları “çirklənmə” şübhəsi ilə bazardan çıxarılır.

Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) “Chelonia Healthcare Limited” tərəfindən istehsal olunan 500 mq parasetamol tabletlərinin iki partiyası üçün geri çağırış əmri verib. Qərar bəzi tabletlərin “rəngini dəyişdiyi” aşkar edildikdən sonra verilib.

Səlahiyyətlilər bu dərmanı olan xəstələrə qutulardakı 2312010 və 2312011 seriya nömrələrini yoxlamaq üçün xəbərdarlıq edib. Sözügedən partiyaların bu il buraxıldığı və son istifadə tarixinin 30 noyabr 2027-ci il olduğu bildirilib.

MHRA-nın bəyanatında deyilir: “Tabletlər bir tərəfində xətt olan ağ kapsul olmalıdır. Əgər bu partiyalardan butulkalarda rəngini dəyişmiş hər hansı tablet görsəniz, lütfən, sizə dərman yazan əczaçı və ya tibb işçinizlə əlaqə saxlayın”.

Səlahiyyətlilər onu da vurğulayıblar ki, bu dərmanlardan istifadə edən və hər hansı əks təsirləri müşahidə edən hər kəs dərhal həkimə müraciət etməlidir. Səhiyyə işçilərinə dərmanların qalan partiyalardan verilməsini dayandırmaq tapşırılıb.

Geri çağırma bildirişində dərmanın mümkün riskləri barədə heç bir təfərrüat verilməsə də, əvvəllər oxşar rəngli parasetamol tabletlərində göbələklərlə çirklənmə aşkar edilmişdi. 2019-cu ildə bəzi parasetamol partiyalarının Avropada “Penicillium citrinum” adlı göbələk növü ilə çirkləndiyi aşkarlanıb.

Parasetamol İngiltərədə ən çox istifadə edilən dərmanlardan biridir. Araşdırmalara görə, ölkədə hər il təxminən 6500 ton parasetamol satılır ki, bu da ildə adambaşına orta hesabla 70 tablet deməkdir.

Dərman reseptsiz satıla bilər, lakin tez-tez Milli Səhiyyə Xidməti (NHS) tərəfindən təyin edilir. NHS məlumatlarına görə, İngiltərədə hər ay 1 milyondan çox parasetamol resepti yazılır və bu dərman çox pula başa gəlir.