vaxtlı-vaxtında oxuyun! Bazar, 8 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SAĞLAMLIQ  
Ən təhlükəsiz dərman sayılırdı... 19:55 | 7 iyun 2025 | Şənbə Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən təhlükəsiz dərman sayılırdı...

65 yaşlıdan yuxarı insanlarda mədə, ürək və böyrək problemlərini artırır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada geniş şəkildə istifadə edilən və ümumiyyətlə “təhlükəsiz” hesab edilən parasetamol, xüsusilə yaşlı insanlarda gözlənilməz sağlamlıq riskləri yarada bilər. Nottingem Universiteti tərəfindən aparılan hərtərəfli araşdırma bu dərmanın 65 yaşdan yuxarı insanlarda ciddi mədə, ürək və böyrək problemləri ilə əlaqəli ola biləcəyini ortaya qoydu.

“Arthrit Care and Research” elmi jurnalında dərc edilən araşdırmada İngiltərədəki ən böyük sağlamlıq məlumat bazasından əldə edilən və 700-dən çox ailə həkiminin məlumatları daxil olmaqla, yaşı 65-dən yuxarı olan 583 min insanın sağlamlıq məlumatları araşdırılıb.

Bu insanların 180 483 nəfəri son 6 ayda ən azı iki dəfə parasetamoldan istifadə edib, 402 478 nəfər isə dərmandan istifadə etməyib. İştirakçılar orta hesabla 4,5 il izlənilib.

***

Parasetamolun uzun müddət istifadəsi mədə-bağırsaq pozğunluqları, ürək-damar xəstəlikləri və böyrək problemləri riskini artırır. Mədə xorası, bağırsaq perforasiyaları, ürək çatışmazlığı, yüksək qan təzyiqi və xroniki böyrək xəstəlikləri kimi ciddi fəsadlarla əlaqələndirilib.

Bundan əlavə, bu təsirlər istifadə olunan dozadan asılı olmayaraq müşahidə edilib. Bu vəziyyət parasetamolun yaşlılar üçün “təhlükəsiz” olduğuna dair geniş yayılmış inamı şübhə altına alır.

***

Tədqiqat aparan qrupdan olan professor Weya Janq verdiyi açıqlamada parasetamolun artıq yaşlılar üçün ilk seçim olmamalı olduğunu vurğuladı. Janq, “Təhlükəsiz olduğu düşünülsə də, parasetamol bir çox ciddi komplikasiya ilə əlaqələndirilir. Aşağı effektivliyi və riskləri nəzərə alınaraq, yaşlı fərdlərdə xroniki xəstəliklərin müalicəsində ağrıkəsici olaraq ilk seçim olaraq yenidən qiymətləndirilməlidir”.

***

Bu tapıntılar osteoartrit (kalsifikasiya) kimi xroniki ağrı vəziyyətlərinin müalicəsində də mühüm təsir göstərə bilər. Tədqiqatçılar, tapıntıları təsdiqləmək və yeni müalicə qaydaları hazırlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Mövcud tapıntılar açıq şəkildə göstərir ki, yaşlılarda ağrının idarə edilməsinə yanaşmalar yenidən nəzərdən keçirilməlidir. Mütəxəssislər xroniki ağrılar üçün fiziki müalicə, akupunktur və ya daha az riskli alternativ dərmanlar kimi üsullara üstünlük verilə biləcəyini bildirirlər. Xəstələrə ağrıkəsicilərdən istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.