vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 4 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
Paşinyan hakimiyyətinin yeni taktikası 11:53 | 12 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan hakimiyyətinin yeni taktikası

Ordudakı itkilər gizlədilir

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci ilin 31 dekabrında Dağlıq Qarabağdakı hərbi hisssələrdən birində baş verən silahlı insident zamanı 3 hərbi qulluqçu yaralanıb.

Ermənistan mediası xəbər verir ki, bu barədə İstintaq Komitəsi rəsmi açıqlamanı yalnız indi verib.

Məlum olub ki, 31 dekabr saat 3:50 radələrində S.Torosyan, M.Manukyan və A.Marabyan bədən xəsarətləri alaraq hərbi hospitala yerləşdiriliblər. Yaralı hərbçilərdən biri hələ də xəstəxanadadır.

Maraqlıdır ki, bundan öncə, Yeni il gecəsi 34 yaşlı hərbçi Edqar Qriqoryanın ölüm xəbəri də yerli jurnalistlərin səyi ilə ötən gün üzə çıxmışdı. Bu hadisə ölkə ictimaiyyətinin qəzəbinə səbəb olmuşdu.

Baş verənlər Nikol Paşinyan hakimiyyətinin ordudakı itkiləri gizlətməyə üz tutduğunu göstərir.